mEhrİban Xanım ƏLİYEVa
Mehriban xanım Əliyeva 1982ci ildə Bakı şəhəri 23 №li orta məktəbi qızıl
medalla bitirərək N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun
müalicəprofilaktika fakültəsinə daxil olmuşdur. 1988ci ildə M.Seçenov adına
1ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1988
1992ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz
Xəstəlikləri ElmiTədqiqat İnstitutunda işləmişdir. Fəlsəfə elmləri namizədidir.
1 monoqrafiya, 4 kitab və bir çox elmi məqalələrin müəllifidir. Rus və ingilis
dillərini bilir. Mehriban xanım 1983cü ildə Cənab İlham Əliyevlə ailə qurmuş,
Leyla və Arzu adında iki qızı, Heydər adında oğlu, Mikayıl və Əli adında iki
nəvəsi vardır.
Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyi dövründən
etibarən Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ
olunması sahəsində nəhəng və misilsiz tədbirlər həyata keçirməyə başlamışdır.
Belə ki, 1995ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Mə
dəniyyətinin Dostları Fondu təsis olunmuşdur. Mehriban xanımın rəhbərliyi
ilə fəaliyyətə başlamış qeyrihökumət xeyriyyə fondu olan Azərbaycan Mədə
niyyətinin Dostları Fondu milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə
daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası,
yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsi isti
qamətində əvəzsiz töhfələr vermişdir.
Mehriban xanım Əliyeva fondun işini 3 istiqamətə: mədəni tədbirlər, xeyriyyə
aksiyaları, naşirlik fəaliyyətinə yönəltmişdir.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu görkəmli incəsənət xadimlərinin
– dahi Rəşid Behbudovun xatirəsinə, Müslüm Maqomayevin, Arif Məlikovun,
Fidan və Xuraman Qasımova bacılarının şərəfinə yubiley gecələri təşkil etmiş,
Rəşid Behbudovun ifa etdiyi mahnılardan ibarət CD disk buraxılmış, Arif
Məlikovun yaradıcılıq gecəsi və rəsmlərindən ibarət sərgi təşkil edilmişdir.
Keçirilmiş tədbirlərlə əlaqədar Rəşid Behbudov, Fidan və Xuraman Qasımova
bacılarının həyat və yaradıcılığına həsr olunmuş “Azərbaycanİrs” jurnalının
xüsusi nömrələri nəşr olunmuşdur. Mehriban xanım Əliyevanın 1996cı ildə
təsis etdiyi və 3 dildə (Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan –
İrs” jurnalına gəldikdə isə deyə bilərik ki, bu hadisə Azərbaycan mədəniyyətinin
təbliğ olunması istiqamətində önəmli bir addım kimi dəyərləndirilməkdədir.
Azərbaycan Mədəniyyətinin Dostları Fondunun maliyyə köməyi ilə 1900cü
illərin əvvəllərində nəşr olunan “Molla Nəsrəddin” məcmuəsinin III cildləri
yeni, nəfis şəkildə çapdan çıxmış, İncəsənət muzeyinin kataloqu, görkəmli şair
Səməd Vurğunun xatirəsinə həsr olunmuş “Ellər vurğunu”, professor Səadət
Abdullayevanın “Azərbaycan xalq musiqi alətləri” kitabları (Azərbaycan və
17
rus dillərində), professor Əhməd İsazadənin “Azərbaycan xalq musiqisinin
antologiyası” kitabının IVII cildləri, Azərbaycanın dahi şair və mütəfəkkirləri
– Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, İmadəddin Nəsimi,
Mirzə Ələkbər Sabir və başqalarının əsərlərindən ibarət toplular, akademik
Çingiz Qacarın “Qədim Şuşa” kitabı nəşr edilmişdir.
Fəaliyyət dövrü ərzində Fondun Azərbaycanda keçirdiyi xarici ölkə incəsənət
xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, fes
tivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr ol
muşdur. Dünya şöhrətli incəsənət xadimlərinin – həmyerlilərimiz maestro
Mstislav Rostropoviç, ABŞın Culyard Musiqi Akademiyasının professoru,
pianoçu Bella Davidoviç, Belfast simfonik orkestrinin Baş dirijoru, violinoçu
Dmitri Sitkovetskinin, “MostVivaldi” kamera orkestrinin, Nadejda Pavlova
və Vyaçeslav Qordeyev kimi balet ulduzlarının, İqor Moiseyevin rəhbərlik
etdiyi Rus Dövlət rəqs ansamblının Bakıdakı çıxışları bu qəbildəndir. Həmin
istiqamətdə təşkil olunan tədbirlər arasında “Musiqinin Böyük İpək Yolu”
Beynəlxalq Klassik Musiqi Festivalı və SEBA (SeulBakı) AzərbaycanKoreya
Mədəniyyət Mübadiləsi Assosiasiyası ilə birgə keçirilən Koreya Mədəniyyəti
Günləri xüsusi qeyd olunmalıdır.
Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək və eyni zamanda,
yaymaq, həmçinin bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı
göstərmək Azərbaycan Mədəniyyətinin Dostları Fondu qarşısında duran mühüm
işlərdəndir. Bu istiqamətdə atılan addımlar arasında “Bakı Muğam Mərkəzi”nin
yaradılması, nəfis, əhatəli, rəngarəng şəkildə tərtib edilmiş “Qarabağ xanən
dələri” musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incə
sənət mərkəzlərində yayılması, 2005 və 2007ci illərdə Respublika muğam
müsabiqələrinin keçirilməsi diqqətəlayiqdir.
Azərbaycan Mədəniyyətinin Dostları xeyriyyə fondunun təşəbbüsü ilə xüsusi
aylıq təqaüd təsis olunmuşdur ki, müğənnilər, teatr xadimləri, rəssamlar, muğam
ifaçıları bu təqaüdlə təmin edilir. Azərbaycan muğamını beynəlxalq miqyasda
daha geniş təbliğ etmək məqsədi ilə Fond görkəmli muğam ifaçılarının, alimlərin,
muğam ilə caz sənətinin sintezini yaradan musiqiçilərin xarici səfərlərini də təşkil
etmişdir. Dünya şöhrətli muğam ifaçısı Alim Qasımovun Yaponiyanın Naqoya
şəhərində “EXPO2005” sərgisindəki çıxışı, musiqişünas Sənubər Bağırovanın
ABŞın Massaçuset Universitetində elmi məruzələri, caz sənətinin mahir ifaçıları
Salman Qəmbərov və Cəmil Əmirovun ABŞın Çikaqo şəhərindəki konsertləri
bu qəbildəndir.
Azərbaycan Mədəniyyətinin Dostları Fondu daha bir neçə böyük layihənin
təşkilatçısıdır. Bunların arasında “Bakı payızı” Beynəlxalq Festivalı, IX Şərq
Qərb Bakı Beynəlxalq Kino Festivalı, “Reklam acgözləri gecəsi” – Beynəlxalq
18
reklam filmlərinin nümayişi, 2007ci ildə artıq üçüncü dəfə keçirilən Beynəlxalq
Bakı Caz Festivalı ənənəyə çevrilmişdir.
Fondun keçirdiyi mədəni tədbirlərin, təşkil etdiyi xeyriyyə aksiyalarının
miqyasına, yüksək səviyyəsinə görə təkcə vətənimizdə deyil, dünyanın bir çox
ölkəsində böyük diqqətə və qiymətə layiq görülmüş, beynəlxalq aləmdə nüfuz
qazanmışdır. Azərbaycan mədəniyyətinin təbliği və inkişafı ilə yanaşı Mehriban
xanım Əliyeva idman sahəsinin inkişafı istiqamətində də Azərbaycan Gimnastika
Federasiyasının prezidenti kimi fəal mövqe nümayiş etdirir və əməli tədbirlər
həyata keçirir.
Azərbaycanda bədii gimnastikanın yaranma və inkişaf tarixi keçən əsrin
40cı illərinə təsadüf edir. Qızlardan ibarət qrup yaradan Nadejda Merkulova
Azərbaycanda bu idman növünün formalaşması istiqamətində uzun müddət
fəaliyyət göstərmişdir. Məhz onun rəhbərliyi altında yetişən gimnastlar
ümumittifaq və beynəlxalq yarışlarda uğurlar qazanmışlar. Larisa Zebina, Lina
Vinnikova, Svetlana Senatorova, Nina Hacıbəyli, Mila Şibayeva və Elmira
Hacıyeva belə gimnastlardandır. 1961ci ildə Lina Vinnikova keçmiş SSRİ
yığmasının tərkibində Almaniyada keçirilən 1ci Ümumdünya gimnastika
turnirində iştirak etmişdir. Bu, Azərbaycan gimnastlarının dünya arenasında ilk
çıxışı olmuşdur. Lina 1965ci ildə Bolqarıstanda keçirilən tələbələrin Ümum
dünya Spartakiadasında çempion adını qazanmışdır. “Burevestnik” idman cə
miyyətinin komandası tərkibində bir neçə dəfə SSRİ çempionu titulunu əldə
edən Lina Vinnikova 3 dəfə “Miss Qrase” seçilmişdir. 1984cü il Olimpiya
oyunlarından sonra Azərbaycanda bədii gimnastikaya güclü axın müşayiət
olunmuşdur. Həmin dövrdə gimnastikamızın parlayan ulduzu Yana Saplina
(məşqçisi V.Ukleyina) hesab olunurdu. Ən müxtəlif ümumittifaq yarışlarında
yaxşı nəticələrə imza atan Yana Saplina 1985ci ildə “Umid Kuboku”na sahib
olmuşdur. Yananın uğurlarını sonrakı illərdə Dinarə Nəbiyeva və Natalya
Bulanova (məşqçiləri – əməkdar məşqçi L.Sidirova) davam etdirmişlər. İkiqat
Azərbaycan çempionu Dinarə Nəbiyeva 1995ci ildə Antaliyada (Türkiyə)
keçirilən Beynəlxalq Uşaq Festivalında bürünc medal qazanmışdır. O, 1996cı
ildə İsraildə keçirilən beynəlxalq turnirdə də üçüncü nəticə göstərmişdir. Beşqat
Azərbaycan çempionu (199195) Natalya Bulanova da bir sıra beynəlxalq
yarışlarda iştirak etmiş və “Miss Press” seçilmişdir.
Azərbaycan gimnastika idmançılarının beynəlxalq yarışlarda yüksək müka
fat qazanması şöhrətinin bərpa olunması zəruriyyətini nəzərə alaraq ölkəmizin
Birinci xanımı Mehriban Əliyeva 2002ci ildə Azərbaycan Gimnastika Fede
rasiyasının prezidenti seçilmişdir.
Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasına prezident
seçildikdən sonra bu sahədə mühüm canlanma hiss olunmağa başlamışdır.
Federasiyanın məqsədyönlü və səmərəli fəaliyyəti nəticəsində bu gün ölkə
19
gimnastikası, sözün əsl mənasında, özünün yeni inkişaf mərhələsinə qədəm
qoymuşdur.
Gimnastikanın bütün növlərinin, o cümlədən də bədii gimnastikanın maddi
texniki bazasının gücləndirilməsi, bu idman növünün kütləviləşməsi istiqamətində
görülən işlər öz bəhrəsini verməkdədir. Mehriban xanım Əliyevanın sayəsində
Azərbaycanda bədii gimnastikamızın zəngin ənənələrini davam etdirməyə qadir
olan beynəlxalq dərəcəli idman ustası Dinarə Gimatova, üçqat Azərbaycan
çempionu Nurcahan Əsgərova, Xədicə Hacıyəhyayeva, Dina Qorina, Valeriya
Yeqay kimi perspektivli gimnastlar nəsli yetişməkdədir.
2003cü ilin fevral ayında Rusiyada keçirilən beynəlxalq turnirdə gümüş
medal qazanan ölkəmizin ən güclü gimnastı Dinarə Gimatova sonra daha bir
neçə nüfuzlu yarışlarda qüvvəsini sınamışdır. O, 2003cü ilin may ayında Dünya
kubokunun Fransada keçirilən 1ci mərhələsində də uğurlu çıxış edərək lentlə
hərəkətlərdə 8ci nəticə göstərmişdir.
Mehriban xanım Əliyevanın rəhbərliyi altında Azərbaycan Gimnastika
Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən
Beynəlxalq Gimnastika Federasiyası özünün Afinada keçirilən 74cü konqre
sində Dünya Kubokunun “A” kateqoriyalı mərhələsinin 2003cü il avqustun
711də Azərbaycanda keçirilməsini qərara almışdır.
Ölkəmizin Birinci xanımının yüksək səviyyədə qayğısı və Milli Olimpiya
Komitəsinin gərgin əməyi sayəsində Azərbaycanda digər idman növləri ilə
yanaşı, bədii gimnastika da diqqətdən kənarda qalmamışdır.
2004cü il avqustun 13də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi
irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylə
rinə görə Mehriban xanım Əliyeva YUNESKOnun xoşməramlı səfiri adına
layiq görülmüşdür.
2004cü il dekabrın 28də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli
Olimpiya Komitəsinin IV Baş Məclisində MOKun İcraiyyə Komitəsinə və Yeni
Azərbaycan Partiyası Siyasi Şurasına üzv seçilmişdir.
2005ci ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban xanım
Əliyeva “İlin qadını” adına, həmin il iyun ayının 9da isə ictimai, mesenatlıq
və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəs
təklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəm
lənməsində gözəçarpan töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları”
Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülmüşdür. O,
2005ci ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır.
2005ci il noyabrın 6da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni
Azərbaycan Partiyası tərəfindən 14 saylı Əzizbəyov ikinci seçki dairəsindən irəli
sürülmüş Mehriban xanım Əliyeva 92,12% (23106 səs) səs toplayaraq deputat
seçilmişdir.
20
Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkə
mizin təhsil sisteminin inkişafında xidmətlərinə, millimədəni irsin qorunub
saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə Azərbaycanın müsbət imi
cinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27ci dünya
çempionatının respublikamızda yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005ci ilin adamı” elan
etmişdir.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və
fədakar fəaliyyətinə, qayğıya ehtiyac duyan uşaqlara diqqətinə, onların yaşayış
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə bö
yük dəstəyinə görə Mehriban Əliyeva 2006cı il noyabrın 24də İSESKOnun
xoşməramlı səfiri adına layiq görülmüşdür.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İcraiyyə Komitəsinin 2007ci il yan
varın 29da Cenevrədə keçirilən 120ci sessiyasının yekdil qərarı ilə Meh riban
Əliyeva ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində
xüsusi xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq gö rülmüşdür.
Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət
sahəsində əldə etdiyi yüksək nailiyyətlərinə görə 2007ci ilin mayında Mehriban
Əliyeva Rusiyada “Qızıl ürək” beynəlxalq mükafatına layiq görülmüşdür.
Yetim və kimsəsiz uşaqlara, müharibə və təbii fəlakətlərdən zərər çəkmiş
insanlara yardım göstərilməsi sahəsində İslam Konfransı Təşkilatı ilə yüksək
səviyyədə əməkdaşlığa görə 2008ci ilin iyununda Mehriban Əliyeva “İKTnin
humanitar məsələlər üzrə xüsusi elçisi” diplomuna layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 2009cu il 5 may tarixli Sərəncamı
ilə Mehriban Arif qızı Əliyeva Azərbaycan Respublikasının ictimaisiyasi və
mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı” ilə təltif
edilmişdir.
2009cu il sentyabrın 14də Azərbaycan ilə Polşa arasında dostluq müna
sibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa
Respublikasının “Xidmətlərə görə” Böyük Komandor Xaçı ordeni ilə təltif
edilmişdir.
2010cu il fevralın 15də Mehriban xanım Əliyeva Fransaya münasibətdə
göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa Respub
likası Prezidentinin Sərəncamı ilə “Şərəf Legionu” ordeninin zabit dərəcəsi ilə
təltif edilmişdir.
21
mİLLƏt VƏkİLİ
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin üzvü Mehriban xanım Əliyeva seçkiqabağı kampaniya zamanı
seçicilərlə görüşlərdə qaldırılan məsələlərin həlli, verdiyi vədlərin yerinə yeti
rilməsi vəziyyəti ilə tanış olmaq məqsədi ilə 2006cı il fevralın 8də Əzizbəyov
rayonunun Binə qəsəbəsində sakinlərlə görüşmüş, yeni tikilən obyektlərə
baxmışdır.
Mehriban xanım Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa edilən Möhsün
Səlim məscidində təmirbərpa işləri ilə tanış olmuş, yerli ustaların sənətkarlığını
yüksək qiymətləndirmişdir. Usta və fəhlələr bildirmişlər ki, onlar məscidi əv
vəlki görkəminə qaytarmaq, keyfiyyətli təmir etmək üçün bütün qüvvə və
səylərini əsirgəməyəcəklər. Milli Məclisin deputatı məscidin istilik sisteminin
quraşdırılmasına xüsusi diqqət yetirməyi də tövsiyə etmiş, binanın daxili gör
kəminə uyğun çilçıraq, xalıxalçanın da sifariş olunduğunu bildirmişdir.
Dindarlar savab əməllərinə, xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanıma
minnətdarlıq etmiş, millidini dəyərlərimizin qorunub saxlanmasına göstərdiyi
qayğıya görə Prezident İlham Əliyevə də razılıqlarını, ən xoş arzularını
bildirmişlər.
Seçkiqabağı görüşlərdə sakinlərin əsas narazılıqlarından biri elektrik enerjisi
təchizatı ilə bağlı olmuşdu. Bununla əlaqədar Milli Məclisin deputatının xahişinə
əsasən, “Azərenerji” Səhmdar Cəmiyyəti “Yeni Binə” adlanan sahədə yardımçı
stansiyanın yenidən qurulmasına başlamışdır.
Stansiyaya gələrək burada aparılan tikintiquraşdırma işləri ilə tanış olan
Mehriban xanıma məlumat verildi ki, 1952ci ildə istifadəyə verilmiş obyekt
istismar müddətini başa vurmuşdu. Ona görə də stansiya, əslində, tamamilə
yenidən tikilmişdir. Burada quraşdırılan 10 və 16 kvt gücündə 2 transformator
Binə qəsəbəsinin elektrik enerjisinə olan hazırkı tələbatının yarıdan çoxunu
ödəyəcəkdir. Stansiya martın əvvəlində tam istismara veriləcəkdir.
Qəsəbə sakinləri elektrik enerjisi çatışmazlığının aradan qaldırılmasına
göstərdiyi köməyə görə millət vəkilinə öz razılıqlarını çatdırdılar. Stansiyanın
ərazisində aparılmış abadlıq işlərindən də razı qaldığını bildirən Mehriban xanım
buraya gələn yolların da qaydaya salınacağına əminliyini söylədi. Xüsusi qeyd
etdi ki, dövlət başçısı İlham Əliyev Bakının ətraf qəsəbələrinin elektrik enerjisi,
qaz, su təchizatını yaxşılaşdırmaq üçün ayrıca proqram işlənib hazırlanması
üçün səlahiyyətli orqanlara tapşırıqlar vermişdir və bu proqram yaxın günlərdə
təsdiq edilərək icrasına başlanacaqdır. Regionda enerji müstəqilliyinə malik
olan yeganə dövlət kimi Azərbaycanın energetika gücünün daha da artırılması,
əhalinin, dövlət və qeyridövlət sektorunun fasiləsiz elektrik enerjisi ilə
təminatına sanballı stimul verəcəkdir.
22
Hövsan 237 nömrəli məktəbin müəllimi Nəzakət Məmmədova həmyer
lilərinin ürək sözlərini ifadə edərək dedi ki, Heydər Əliyev Fondu fəaliyyətə
başladığı ilk gündən təhsil problemlərinin həllini özünün başlıca vəzifələrindən
biri kimi elan etmiş, “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramları çərçivəsində respublikamızda, o cüm
lədən Əzizbəyov rayonunda çox dəyərli işlər görmüşdür. Mehriban xanım
seçkiqabağı görüşlərində rayonun bütün qəsəbələrində keçirdiyi görüşlərdə
mövcud problemlərlə ətraflı tanış olaraq, onların həlli barədə öz təkliflərini
hazırlamış, rəhbərlik etdiyi Fond tərəfindən proqramlar tərtib edilmiş və dərhal
da icrasına başlanmışdır. Qəsəbənin ən böyük problemi olan su çatışmazlığı
artıq aradan qaldırılmışdır və elə təkcə buna görə Mehriban xanım hər bir ailənin
sevimlisinə çevrilmişdir, sakinlər özlərinə ən layiqli deputat seçdiklərinə bir
daha əmin olmuşlar.
Son illər ölkəmizdə yeni təhsil, səhiyyə obyektlərinin inşasının geniş vüsət
aldığını, ötən il Fondun təşəbbüsü ilə respublikada müasir tələblərə cavab verən
132 məktəbin tikilib istifadəyə verildiyini, bu il isə daha 100 məktəbin, o cüm
lədən 50sinin Bakıda inşa olunacağını xatırladan Mehriban xanım Əliyeva, bu
genişmiqyaslı proqramdan Əzizbəyov rayonuna da pay düşəcəyini qeyd etmişdir.
Mehriban xanım ünvanına deyilən xoş sözlərə, ona etibar etdiklərinə görə
təşəkkür edərək, qaldırılan hər bir məsələnin bundan sonra da diqqətlə öyrənilib
tədbirlər görüləcəyini söyləmişdir. Bildirmişdir ki, yaxın 23 ildə məktəblərin
bütün madditexniki bazası yeniləşəcək, uşaqlarımızın yüksək səviyyədə təhsil
almaları üçün hər cür şərait yaradılacaqdır.
Sakinlərin arzu və istəklərini, ayrıayrı məsələlər barədə müraciətlərini
də səbirlə dinləyən Mehriban xanım Əliyeva Fondun əməkdaşlarına müvafiq
tapşırıqlar vermişdir.
Sonra Fondun prezidenti uşaq bağçasında gedən təmir işləri ilə tanış olmuş,
uzun illər təmir üzü görməyən bu təlimtərbiyə ocağının nümunəvi müəssisəyə
çevrilməsi üçün bütün lazımi köməyin göstəriləcəyini, təzə avadanlıqla da təchiz
olunacağını bildirmişdir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Türkan,
Zirə və Şüvəlan qəsəbələrində də olmuşdur.
Mehriban xanım Əliyevanın Türkanda ilk görüşü qəsəbənin alaqapısının
tikinti meydançasında olmuşdur. Bakı ətrafındakı iri qəsəbələrin girəcəyində
alaqapılar mövcud olmamışdır və onların tikilməsi barədə təşəbbüsü Heydər
Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva irəli sürmüşdür.
Türkan qəsəbəsindəki 14 saylı uşaq bağçasının əsaslı şəkildə yeniləşməsi
də Mehriban xanım Əliyevanın seçkiqabağı görüşlərində verdiyi vədin nəticəsi
olmuşdur. 1933cü ildə tikilmiş, lakin uzun illərdən bəri təmir olunmayan
bu binada qısa vaxtda görülən işlər Mehriban xanımı razı salmışdır. Geniş
23
sahəsi olan binanın bir hissəsində Mehriban xanımın şəxsi məsləhəti ilə təcili
tibbi yardım stansiyası və aptek açılması da nəzərdə tutulmuşdur. Bu, qəsəbə
sakinlərinin tibbi xidmətlə təmin edilməsi işinə sanballı töhfə olacaqdır.
Mehriban xanım Əliyeva bildirmişdir ki, Azərbaycan Prezidenti İlham
Əliyevin göstərişi ilə Bakıətrafı qəsəbələrin sosialiqtisadi inkişafını, yeni iş
yerlərinin açılmasını, su, qaz, elektrik enerjisi təminatının yaxşılaşmasını əha
tə edən irimiqyaslı proqram hazırlanır. Bu proqram Əzizbəyov rayonunun da
hərtərəfli inkişafına yeni stimul verəcək, türkanlılar da bunun real bəhrəsini
görəcəklər.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva həmin gün rayonun Şüvəlan
qəsəbəsində də olmuşdur.
Fondun prezidenti qəsəbədəki 10 nömrəli körpələr evi və uşaq bağçasında
ötən ildə iki dəfə olmuş, 1953cü ildə inşa edilmiş ikimərtəbəli bu təlimtərbiyə
müəssisəsinin ciddi təmirə, əsaslı şəkildə yenidən qurulmasına zəruri ehtiyac
olduğunu, bu işə lazımi kömək göstəriləcəyini bildirmişdi. Mütəxəssislərin
rəyi ilə hazırlanmış layihəsmeta sənədlərində binanın memarlıq baxımından
əhəmiyyətli olması, buna görə də əvvəlki zahiri görkəminin saxlanmasının
vacibliyi də nəzərə alınmışdı. Ötən ilin sonlarından başlayaraq burada apa
rılan təmiryenidənqurma işləri xeyli sürətlənmişdir. Binanın dam örtüyü dəyiş
dirilmiş, özüldə bərkitmə işləri aparılmışdır. Mehriban xanım Əliyeva təmir
işlərinin tezliklə tamamlanıb binanın yenidən uşaqların istifadəsinə verilməsinin
zəruriliyini vurğulamışdır.
Qəsəbə sakinləri Heydər Əliyev Fondunun hazırlayıb həyata keçirdiyi “Dia
betli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən
Azərbaycana yeni məktəb”, “Uşaq evləri və internat məktəblərinin inkişafı”
və digər layihələrin cəmiyyətdə yüksək dəyərləndirildiyini vurğuladılar. Eyni
zamanda, ötən parlament seçkilərində yekdilliklə səs verdikləri ölkənin Birinci
xanımının deputat kimi fəaliyyətindən qürur duyduqlarını söylədilər, seçkiqabağı
vədləri yerinə yetirdiyinə, problemlərin həllinə ardıcıl diqqət, tələbkar münasibət
göstərdiyinə görə razılıqlarını bildirdilər. Xəstəxananın yenidən qurulması
təşəbbüsünə görə də minnətdarlıq etdilər.
Mehriban xanım Əliyeva son vaxtlar respublikamızda səhiyyə sistemində
köklü islahatların başlandığını, geniş layihələrin hazırlandığını, müasir tələblərə
cavab verən yeni infrastrukturun yaradıldığını bildirdi. O dedi ki, Prezident İlham
Əliyevin tapşırığı ilə Bakıətrafı qəsəbələrin sosial problemlərinin həlli üçün
geniş dövlət proqramı hazırlanır. Onun həyata keçirilməsi Əzizbəyov rayonunda
olan çatışmazlıqların da aradan qaldırılmasına imkan yaradacaqdır. Bu qəsəbədə
lazımi tibb xidmətinin təşkili üçün imkan olmamasından təəssüfləndiyini söy
ləyən Mehriban xanım bildirdi ki, əslində, yenidən tikilən bu binada xeyli təzə
24
şöbələr də açılacaq, müasir tibb avadanlığı alınıb quraşdırılacaq, xəstəxana
ixtisaslı həkimlərlə tam komplektləşdiriləcəkdir. Hazırlanan dövlət proqramında
burada diaqnostika mərkəzinin inşası da nəzərdə tutulur.
Xəstəxana binasında aparılan yenidənqurma işləri ilə ətraflı tanış olan, key
fiyyətə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayan Mehriban xanım
Əliyeva Fondun əməkdaşlarına teztez buraya baş çəkməyi və işlərin gedişi
barədə ona məlumat verməyi tapşırdı.
Nizami rayonundakı 1 nömrəli uşaq evinin Şüvəlandakı yay düşərgəsi Heydər
Əliyev Fondunun hazırladığı “Uşaq evləri və internat məktəblərinin inkişafı”
proqramına müvafiq olaraq, əslində, tamamilə yenidən qurulur. Layihəçi və
inşaatçılar Mehriban xanıma nəzərdə tutulan işlər barədə ətraflı məlumat verdilər.
Bildirildi ki, burada ikimərtəbəli yataqxana, təlimtədris korpusları, yeməkxana,
mətbəx, duşxana, tibbi müayinə otağı və s. tikiləcək, ərazidə idmansağlamlıq
guşəsi, istirahət mərkəzi yaradılacaqdır. Təzə avadanlıq sifariş verilmiş, ərazidə
yaşıllaşdırma işlərinə də başlanmışdır. Hazırda 45 nəfərin çalışdığı bu obyekt,
nəzərdə tutulduğu kimi, mayın 10dək istifadəyə veriləcəkdir.
Mehriban xanım Əliyeva yardımçı binaların köhnə şəkilləri və yeni layihə
sənədləri ilə ətraflı tanış olduqdan sonra düşərgənin payızqış mövsümündə də
fəaliyyət göstərməsi təklifini verdi, bununla bağlı daha hansı işlərin görülməli
olduğunu soruşdu. Fikir mübadiləsindən sonra bu kompleksdə digər zəruri
tədbirlərin də görülməsinin, xüsusilə qazanxanaistilik sisteminin yenidən layi
hələndirilməsinin vacibliyi bildirildi. Fondun prezidenti bunun üçün qısa vaxtda
müvafiq işlərin görülməsini tapşırdı.
Noyabrın 6da Azərbaycan Respublikasının ali qanunvericilik orqanına –
Milli Məclisə seçkilər keçirilmişdir. Mərkəzi Seçki Komissiyasının verdiyi mə
lumata görə, 5 min 137 məntəqədə 4 milyon 662 min 603 seçicinin 46,83 faizi,
yəni 2 milyon 183 min 913 nəfəri səsvermədə iştirak etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi, Prezident
İlham Əliyevin seçkilərlə bağlı mayın 11də və oktyabrın 25də imzaladığı
sərən camlar seçkilərin azad, şəffaf və demokratik keçməsi, vətəndaşların öz
iradələrini sərbəst şəkildə ifadə etmələri üçün hər cür imkan və şərait yaratmışdır.
Bunu hələ seçkilərdən əvvəl 45 ölkədən Azərbaycana gəlmiş 1580dən çox bey
nəlxalq müşahidəçinin böyük əksəriyyəti də təsdiq etmişdir.
Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən Mərdəkan, Şüvəlan,
Zirə, Türkan və Binə qəsəbələrini əhatə edən 14 saylı Əzizbəyov ikinci seç
ki dairəsindən irəli sürülmüş və 26.08.2005ci il tarixində qeydə alınmış Azər
baycan Respublikasının Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti,
YUNESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 92,12% (23106
səs) səs toplayaraq deputat seçilmişdir.
25
Qeyd etmək lazımdır ki, 14 saylı Əzizbəyov ikinci seçki dairəsi üzrə ümumi
sayı 41292 olan seçicilərin 64,93%i səsvermədə iştirak etmişdir. Bu dairədən
namizədliyi irəli sürülmüş beş namizədin topladığı səs faizləri aşağıdakı kimi
olmuşdur:
Əliyeva Mehriban Arif qızı – 92,12% (23106 səs)
Rüstəmov Həsrət Qurbanəli – 5,60% (1405 səs)
Hacıyev Bəyəli Ələkbər – 1,00% (253 səs)
Əzizbəyova Səbinə Mikayıl – 0,74% (186 səs)
Xəlilov Məmməd Nizami – 0,52% (132 səs)
Azərbaycan Respublikasının Birinci xanımı, AzərbaycanABŞ parlament
lərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ABŞa 2006cı il
dekabrın 4də başlanmış səfəri çərçivəsində bir sıra görüşlər keçirmişdir.
ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədrləri, konqres
menlər demokrat Solomon Ortis, respublikaçı Bil Şuster və qrupun üzvləri Ed
Uilfild, Visente Foks ilə görüşündə xanım Mehriban Əliyeva Azərbaycan ilə
ABŞ arasında münasibətlərin yüksək səviyyədə olduğunu və uğurla inkişaf
etdiyini vurğulamışlar. Görüş zamanı bir neçə aktual məsələ, o cümlədən
ErmənistanAzərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Azadlığa Dəstək
Aktına 907ci düzəlişin aradan qaldırılması, Azərbaycanın geostrateji mövqeyi,
26
ölkəmizin müasir durumu ətrafında müzakirələr aparılmışdır. Hər iki tərəf par
lamentlərarası əlaqə və mübadilələrin ölkələrimiz arasında münasibətlərin
daha da gücləndirilməsi üçün əhəmiyyətini vurğulamış və bu sahədə müəyyən
proqramın tərtib edilməsinin zəruriliyini qeyd etmişlər.
Mehriban xanım ABŞ Konqresinin Avropa və yeni təhlükələr üzrə alt
komitəsinin sədri vəzifəsinin icrasına yaxın günlərdə başlayacaq konqresmen
Robert Ueksler ilə görüşmüşdür. Ölkələrimiz arasında münasibətlərin bütün
sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Mehriban xanım Əliyeva ABŞın
dəstəyi ilə regionda həyata keçirilən layihələrin əhəmiyyətini, ölkəmiz dövlət
müstəqilliyini əldə etdikdən sonra ABŞın Azərbaycana güclü dəstək verdiyini
qeyd etmişdir. Mehriban xanım Robert Ueksleri ölkəmizdə həyata keçirilən
islahatlar, əldə edilmiş nailiyyətlər ilə tanış olmaq üçün Azərbaycana səfərə
dəvət etmişdir.
Konqresmen Ueksler Azərbaycanın ABŞ üçün əhəmiyyətinə toxunaraq, yeni
seçilmiş Konqresin Cənubi Qafqaz regionuna, xüsusilə Azərbaycana diqqətini
daha da artıracağına ümidvar olduğunu bildirmişdir.
Görüşdə regional vəziyyət, Azadlığa Dəstək Aktına 907ci düzəlişin ləğvi
istiqamətində səylərin artırılması və digər məsələlər ətrafında fikir mübadiləsi
aparılmışdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Corc Buş
Prezident Kitabxanası Fondunun prezidenti, ABŞın Milli təhlükəsizlik məsə
lələri üzrə sabiq müşaviri general Brent Skoukroftla görüşmüşdür. Söhbət za
manı Heydər Əliyev Fondu ilə Corc Buş Prezident Kitabxanası Fondu arasın da
əməkdaşlığın perspektivləri və birgə layihələrin həyata keçirilməsi məsələləri
müzakirə edilmişdir. General Brent Skoukroft Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təhsil, mədəniyyət və səhiyyə sahəsində
həyata keçirdiyi layihələr barədə məlumatı maraqla dinləmiş və görülən işləri
yüksək qiymətləndirmişdir.
Azərbaycanın Birinci xanımı Vaşinqtonun nüfuzlu təhlil və tədqiqat mər
kəzlərinin, universitetlərinin nümayəndələri ilə görüş keçirmişdir. Görüşdə
ABŞın tanınmış alim və ictimai xadimləri, o cümlədən Syuzan Eyzenhauer,
Frederik Star, Svant Kornel, Ancela Stend, Ceyms Beyker, Rob Sobhani, Roald
Saqdeyev, Ariel Koen iştirak etmişlər. ABŞAzərbaycan münasibətlərinin in
kişafını yaxından izləyən alimlər Azərbaycanın hazırkı mərhələsinə dair öz
mülahizələrini söyləmiş və bu münasibətlərin dinamikasına yeni ahəng vermək
üçün fikirlərini bildirmişlər.
Səfər zamanı Mehriban xanım Əliyeva həmçinin “Volter Rid” adına hərbi
tibb mərkəzində və Vaşinqtondakı Toxuculuq muzeyində olmuşdur. Toxuculuq
muzeyində Azərbaycan xalçaçılıq muzeyi ilə uğurla həyata keçirilən layihələr
barədə Azərbaycanın Birinci xanımına məlumat verilmişdir.
27
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva Vaşinqtondakı ABŞAzərbaycan Ticarət Palatası nəz
dində olan Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində Amerikada yaşayıb
fəaliyyət göstərən azərbaycanlı və amerikalı incəsənət xadimləri ilə görüşmüşdür.
Azərbaycan ilə ABŞ arasında münasibətlərin yüksək səviyyəsindən danışan
Mehriban xanım Əliyeva vurğulamışdır ki, zəngin mədəni irsimizin Amerikada
tanıdılmasına dair layihələrin həyata keçirilməsinə ehtiyac vardır.
Dekabrın 7də Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva Ağ evdə
ABŞın Birinci xanımı Lora Buş ilə görüşmüşdür. Mehriban xanım Əliyeva
ABŞa səfəri zamanı göstərilən qonaqpərvərliyə görə xanım Lora Buşa təşək
kürünü bildirmişdir. Səmimi şəraitdə keçən söhbətdə iki ölkənin birinci xanım
ları AzərbaycanABŞ münasibətlərinin möhkəmləndirilməsində təhsil, səhiyyə,
mədəniyyət sahələrinin rolundan danışmışlar.
Səfər çərçivəsində Mehriban xanım Əliyeva ABŞ senatoru Key Beyli
Hatçinson və Konqresin üzvü Şila Sikula Qibs ilə görüşmüşdür.
Mehriban xanım Əliyevanın Azərbaycanın ABŞdakı səfirliyində Ameri
kanın müxtəlif ştatlarında təhsil alan azərbaycanlı tələbələr ilə görüşü maraqlı
keçmişdir. Heydər Əliyev Fondunun fəaliyyətində təhsil layihələrinin prioritet
yer tutduğunu qeyd edən Mehriban xanım Əliyeva Fondun bu istiqamətdə apar
dığı konkret işlərdən danışmışdır. O, Prezident İlham Əliyev tərəfindən imza
lanmış Fərmanın Azərbaycanın istedadlı tələbələrinin xarici ölkələrdə təhsil
almasına geniş imkanlar açacağını bildirmişdir. Azərbaycanın Birinci xanımı
tələbələri ABŞda təhsillərini bitirdikdən sonra Vətənə qayıdıb biliklərini öl
kənin inkişafı naminə sərf etməyə çağırmışdır.
ABŞAzərbaycan Ticarət Palatası Vaşinqtonun möhtəşəm “Endryu Melon”
Auditoriumunda Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın şərəfinə
ziyafət vermişdir. Ziyafətdə 300dən artıq qonaq, o cümlədən Ağ evin və Dövlət
Departamentinin yüksək vəzifəli rəsmiləri, ABŞ Konqresinin üzvləri, görkəmli
siyasi və ictimai xadimlər, xarici ölkələrin ABŞda akkreditə olunmuş səfirləri
iştirak etmişlər. Mərasimin aparıcısı, ABŞAzərbaycan Ticarət Palatasının həm
sədri Ceyms Beyker Mehriban xanımı və onu müşayiət edən Milli Məclisin
üzvlərini salamlamışdır. Ziyafətdə ABŞ Senatının Xarici əlaqələr komitəsinin
sədri, senator Riçard Luqar geniş nitq söylədikdən sonra Mehriban xanım
Əliyevaya söz verilmişdir. Mehriban xanım Əliyeva nitqində ABŞa səfərindən
məmnunluğunu ifadə etmiş, AzərbaycanABŞ əlaqələrinin əhəmiyyətindən
danışmış və bu səfərin ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi və
möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
Mehriban xanım Əliyevaya ABŞAzərbaycan Ticarət Palatasının “2006cı
ilin xoşməramlı səfiri” mükafatı təqdim edilmişdir.
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva ABŞa işgüzar səfəri çər
çivəsində dövlət katibinin ictimai diplomatiya və ictimai məsələlər üzrə müavini
28
Karen Hyuz ilə görüşmüşdür. Mehriban xanım rəhbərlik etdiyi Heydər Əliyev
Fondu tərəfindən humanitar sahədə həyata keçirilən layihələr barədə danışmış,
neftdən əldə edilən gəlirlər hesabına ölkəmizdə təhsil, səhiyyə və mədəniyyət
sahələrinin inkişaf etdirildiyini vurğulamışdır. O, ErmənistanAzərbaycan,
Dağlıq Qarabağ münaqişəsindən söhbət açaraq, bu münaqişə nəticəsində va
lideynlərindən məhrum olmuş uşaqlara qayğı göstərilməsinin Heydər Əliyev
Fondunun daim diqqət mərkəzində olduğunu qeyd etmişdir.
Mehriban xanım Əliyeva ABŞ dövlət katibinin demokratiya və qlobal
məsələlər üzrə müavini Paula Dobryanski ilə görüşmüşdür. Azərbaycanda tam
dini və etnik tolerantlığın mövcud olduğunu qeyd edən Mehriban xanım Əliyeva
YUNESKO və İSESKOnun xoşməramlı səfiri kimi bu istiqamətdə bütün
təkliflərə açıq olduğunu vurğulamışdır. Görüş zamanı Azərbaycanın Birinci
xanımı ölkəmizdə demokratik təsisatların daha da təkmilləşdirilməsi üçün görü
lən tədbirlər barədə də danışmışdır.
Milli Məclisin 2007ci il mayın 8də keçirilmiş iclasında əvvəlcə parla
mentin sədri Oqtay Əsədovun təşəbbüsü ilə Azərbaycanın ən qədim mədəniyyət
mərkəzlərindən biri olan Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalı
zamanı şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla
yad edilmişdir.
Sonra Oqtay Əsədov gündəlikdəki birinci məsələ – Heydər Əliyev Fondunun
prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın hazırladığı
“Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr
olunmuş amnistiya haqqında” qərar layihəsini müzakirəyə təqdim etmişdir.
Əvvəlcə layihənin müəllifi, Heydər Əliyev Fondunun prezidenti, Milli
Məclisin deputatı mehriban xanım Əliyeva çıxış edərək demişdir:
“Hörmətli sədr!
Hörmətli həmkarlar!
Bu gün sizin diqqətinizə amnistiya aktının layihəsi təqdim olunmuşdur. Bu
təşəbbüsü irəli sürərkən mən hesab edirdim ki, səhv etmiş, cinayət törətmiş
insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə,
yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət
törətməyən insanları bağışlayaraq biz həm onları normal həyata qaytarırıq,
həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini
nümayiş etdiririk.
Mən əminəm ki, cəmiyyətdə bütün ağır, çətin problemləri xeyirxahlıqla,
insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiy
yətinin formalaşmasında ən əsas şərtlərdən biridir.
Fikrimcə, vətəndaş cəmiyyəti elə bir cəmiyyətdir ki, orada bütün azadlıqlar,
qanunun aliliyi mövcuddur, vətəndaşlar fəaldır, cəmiyyətdə birlik və mərhəmət
vardır. Məhz belə bir cəmiyyətin qurulması üçün dahi azərbaycanlı, böyük
29
insan Heydər Əliyev öz səylərini göstərmişdir. O, Azərbaycanı müstəqil, azad,
qüdrətli, güclü və firavan dövlət kimi görmək istəyirdi və bu gün ölkəmiz bu
istiqamətdə inkişaf edir. Mən ümidvaram ki, Heydər Əliyevin xatirəsinə həsr
olunmuş amnistiya aktı bütün həmkarlarım tərəfindən dəstəklənəcək.
Təşəkkür edirəm”.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komis
siyasının sədri Əli Hüseynov layihə barədə məlumat verərək bildirmişdir ki,
Heydər Əliyev Fondu həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda
elm, təhsil, mədəniyyət və sosial sahələrdə bir çox tədbirlər həyata keçirmişdir.
Humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarından
biridir və müzakirəyə təqdim olunmuş amnistiya layihəsi də humanist əməllərin
məntiqi davamıdır.
Amnistiya aktı əsasən böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə
görə məhkum olunmuş qadınlara, birinci qrup əlillərə, 60 yaşına çatmış kişilərə,
cinayət törədərkən 16 yaşına çatmayanlara, himayəsində yetkinlik yaşına çat
mayan və ya 1ci və 2ci qrup əlil övladı olan kişilərə, habelə Azərbaycan
Respublikasının suverenliyi, ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə
iştirak etmiş şəxslərə, bu döyüşlərdə həlak olmuş, xəbərsiz itkin düşmüş şəxs
lərin yaxın qohumlarına, 1948ci, 1953cü və 1988ci illərdə Ermənistandan
deportasiya olunmuş şəxslərə, 19881993cü illərdə işğal nəticəsində məcburi
köçürülmüş şəxslərə, 1990cı ilin 20 Yanvar faciəsində və Xocalı soyqırımında
əlil olmuş şəxslərə və şəhid olmuş şəxslərin yaxın qohumlarına şamil ediləcəkdir.
Amnistiya aktının Heydər Əliyevin xatirəsinə həsr olunması da məntiqə
uyğundur. Ona görə ki, məhz Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin
mahiyyətini özündə əks etdirən humanizm nəticəsində 1995ci ildən əfv və
amnistiya təsisatları bərpa edilmiş, həmin vaxtdan ölkəmizdə Ulu Öndərin
təşəbbüsü ilə 7 amnistiya aktı, 32 əfv fərmanı qəbul olunmuş və minlərlə insan
azadlığa çıxmışdır.
Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1993cü ildə ölüm cəzasının icrası
dayandırılmış, 1998ci ildə isə bu cəza növü birdəfəlik ləğv olunmuşdur.
Beləliklə, Azərbaycan Şərqdə ölüm cəzasını ləğv edən ilk dövlət olmuşdur.
Belə bir siyasət nəticəsində Azərbaycanda cinayətkarlığa qarşı uğurla mübarizə
aparılmış, cinayət törətmiş şəxslərə humanistlik göstərilmiş və Azərbaycanda
ictimaisiyasi sabitlik bərqərar olmuşdur.
Sonuncu amnistiya aktı parlament tərəfindən 2003cü ildə qəbul edilmişdir.
Bu baxımdan da yeni amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü çox aktualdır. Bu addım cinayəthüquq
siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası və onun qarşısının
alınması cəzaçəkmə müəssisələrində məhkumların sayının azalmasına gətirib
çıxaran çox müsbət bir amildir. Statistik məlumatlara görə, 1992ci ildə əhalinin
hər yüz min nəfərinə nisbətdə cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin
30
sayı 390 idisə, bu rəqəm 1993cü ildən həyata keçirilən humanist siyasət nəti
cəsində getdikcə azalmış, 2003cü ilin amnistiya aktından sonra 200dən aşağı
olmuşdur. Bu göstərici ilə biz MDB ölkələrini qabaqlayaraq, Şərqi Avropa
ölkələri ilə bir səviyyəyə çatmışıq. Bu baxımdan da yeni amnistiya aktının
müstəsna əhəmiyyəti olacaqdır.
Amnistiya aktı üç hissədən ibarətdir. Birinci hissədə amnistiya tətbiq edi
ləcək şəxslərin dairəsi müəyyənləşdirilir. Aparılan təhlillərə görə, amnistiya
nəticəsində 1500 şəxsin cəzaçəkmə müəssisələrindən azad olunması gözlənilir.
Təqribən 7500 nəfərin isə (bu şəxslər azadlıqdan məhrumetmə ilə bağlı olmayan
cəzalara məhkum şəxslərdir) cəzalardan azad edilməsi nəzərdə tutulur. Beləliklə,
amnistiyanın təsir dairəsinə təxminən 9000 şəxsin düşməsi ehtimal olunur.
Sənədin ikinci hissəsində isə amnistiyanın tətbiqinin məhdudiyyətləri
müəyyənləşdirilmişdir. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən
şəxslər barəsində qəbul edilən qərardır və buna görə də ağır və xüsusilə ağır
cinayətlərə, korrupsiya cinayətinə görə, o cümlədən cinayətin xarakterindən asılı
olaraq, Cinayət Məcəlləsinin bir sıra maddələri ilə məhkum olunmuş şəxslərə
amnistiyanın tətbiqi məhdudlaşdırılır. Eyni zamanda, layihənin ikinci hissəsinin
6cı bölməsində “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında”
1994cü il 24 fevral tarixli Qanuna da istinad olunur. Bu Qanuna görə, 1990cı il
yanvarın 19u və 20də Bakı şəhərinə sovet qoşunlarının qanunsuz yeridilməsi
ilə əlaqədar törədilmiş cinayətlərdə, Xocalı soyqırımının baş verməsində, o
cümlədən Azərbaycan ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğal
edilməsində təqsirli bilinən şəxslər barəsində amnistiyanın tətbiqi qadağandır.
Qərarın üçüncü hissəsi isə amnistiyanın tətbiqi qaydalarına həsr olunmuşdur.
Amnistiya aktı qüvvəyə mindiyi gündən, qüvvəyə minmiş ittiham hökmləri ilə
məhkum olunmuş şəxslər barəsində tətbiq olunur. Bu hissədə, eyni zamanda,
amnistiyanı icra edəcək orqanlar sadalanır. Amnistiyanın tətbiqi müddəti 3 ay
müəyyənləşdirilmişdir.
Layihə Azərbaycan Respublikasında mövcud olan qanunvericilik texnikasına
uyğun hazırlanmışdır.
Respublika Prokurorluğunun, Ədliyyə Nazirliyinin mütəxəssisləri layihədə
nəzərdə tutulanların icrası ilə bağlı fikirlərini bildirmişlər.
Müzakirələr zamanı deputatlar amnistiya aktı layihəsini çox yüksək dəyər
ləndirmiş və Heydər Əliyev siyasətinin məntiqi davamı kimi səciyyələndirmişlər.
Qərar layihəsi lehinə 112 səs olmaqla yekdilliklə təsdiq edilmişdir.
2009cu ildə Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun və
İSESKOnun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliye
va Novruz bayramı münasibətilə amnistiya elan edilməsi təklifi ilə Milli Məclisə
müraciət etmişdir.
Müraciətdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin
irsini və siyasi məfkurəsini təşviq edən Heydər Əliyev Fondunun Ulu Öndərin
31
sosialiqtisadi, mədəni inkişafa, dünya birliyinə inteqrasiyaya yönəlmiş siya
sətinin öyrənilməsinə və bu ideyaların həyata keçirilməsinə hər zaman dəstək
verdiyi vurğulanır. Mayın 10da 5ci ildönümü qeyd olunacaq Fond bu istiqa
mətdə iş apararaq cəmiyyət həyatında önəmli yer tutmağa çalışır. Müraciətdə
qayğı və yardıma ehtiyacı olan insanlara kömək göstərilməsi ümummilli liderin
insanpərvərlik və humanizm ideallarının daşıyıcısı olan Heydər Əliyev Fon
dunun fəaliyyətində əsas qayələrdən biri kimi dəyərləndirilir.
Bu baxımdan Heydər Əliyev Fonduna məhkum edilmiş şəxslərdən və onların
ailə üzvlərindən çoxlu müraciətlərin daxil olduğu, bununla bağlı araşdırmaların
aparıldığı qeyd olunur və həmin insanlara münasibətdə də mərhəmət göstərilməsi
zərurəti vurğulanır.
Müraciətdə ümummilli liderin humanist siyasətinə sədaqət nümayiş etdi
rilərək Azərbaycan xalqının firavanlıq, əminamanlıq və mərhəmət rəmzi olan
milli bayramı – Novruz bayramı münasibətilə amnistiyanın elan edilməsi təşəb
büsü irəli sürülür.
Amnistiya Aktının layihəsində böyük ictimai təhlükə törətməyən və bir sıra
az ağır cinayətlərə görə məhkum edilmiş qadınların, cinayət törədərkən 18 yaşına
çatmayanların, birinci və ya ikinci qrup əlillərin, 60 yaşına çatmış kişilərin,
öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı
olanların və bəzi digər kateqoriyadan olan şəxslərin azadlıqdan məhrumetmə
cəzasından azad ediləcəyi nəzərdə tutulur.
Həmçinin azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış
qadınlara və kişilərə, islah işləri, ictimai işlər cəzasına məhkum edilmiş bütün
şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə
salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara
amnistiya tətbiq etməklə, onların cəzadan azad olunmaları təklif edilir.
Aparılan təhlillərə əsasən təqribən 9 min şəxsin Amnistiya Aktının təsiri
altına düşməsi ehtimal olunur. Bunlardan təqribən 1700 məhkumun azadlıqdan
məhrumetmə yerlərindən azad edilməsi gözlənilir.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun və İSESKOnun
xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva 2009cu il
martın 18də Bakının Əzizbəyov rayonunda olmuşdur.
Fondun prezidenti əvvəlcə Buzovna qəsəbəsində yenidənqurma işləri davam
edən Cümə məscidinə baş çəkmişdir.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çər
çivəsində yenidən qurulan bu məscidin tikintisinə hələ 1896cı ildə başlansa da,
1900cü ildən inşaat işləri yarımçıq qalmışdı. Sovet dövründə tikilidən anbar
və dükan kimi istifadə olunmuşdur. 2006cı ilin dekabrında Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanımın şəxsi təşəbbüsü ilə məscidin yenidən
qurulması üçün smeta dəyəri 700 min manat olan layihə hazırlanmış, 2007ci
ilin fevralında işə başlanılmışdır.
32
Sahəsi 500 kvadratmetr olan məsciddən başqa burada köməkçi və inzibati
binalar, kişilər və qadınlar üçün dəstəmazxanalar, digər otaqlar vardır. Məscidin
hündürlüyü 28 metr, o cümlədən günbəzin hündürlüyü 12 metrdir. Podratçı
şirkət həmin vaxtadək 550 min manatlıq iş görmüşdür.
Mehriban xanımın diqqətinə çatdırılmışdır ki, tikinti işləri zamanı qadınların
və kişilərin ayrıayrılıqda ibadət etməsi üçün imkan yaradılması nəzərə
alınmışdır. Belə ki, məscidin 1ci mərtəbəsində kişilər, 2ci mərtəbəsində isə qa
dınlar ibadət edəcəklər. Məsciddə eyni vaxtda 500 nəfər namaz qıla biləcəkdir.
2009cu ilin birinci rübündə tikinti işləri başa çatacaq, sonra məscidin həyəti
abadlaşdırılacaq, ağaclar əkiləcəkdir.
Görülən işləri yüksək qiymətləndirən Heydər Əliyev Fondunun prezidenti
binanın divarlarında bəzək işlərinin milli üslubda aparılması ilə bağlı tövsiyələrini
vermişdir.
Buzovna sakinləri onların problemlərinin həllinə göstərdiyi diqqətə görə
Mehriban xanıma minnətdarlıqlarını bildirmişlər. Prezident İlham Əliyevin və
Mehriban xanımın Novruz bayramını təbrik edən sakinlər Azərbaycanın Birinci
xanımına xatirə hədiyyəsi təqdim etmişlər.
33
34
35
36
37
|