YunEsko-nun XoşmƏramLı sƏfİrİ
YUNESKO təşkilatı 16 noyabr 1945ci ildə yaradılmışdır, mərkəzi qərargahı
Fransanın paytaxtı Parisdə yerləşir. Təşkilatın tərkibinə dünyanın müxtəlif
hissələrində yerləşmiş 67 büro və altbölmələr daxildir.
BMTnin İqtisadi və İctimai şurasının ayrıca qolu olan YUNESKO sim
volik bir sözdür, mənası, “Təhsil, Elm və Mədəniyyət Təşkilatı” deməkdir.
YUNESKOnun Nizamnaməsi 1945ci ildə London konfransında qəbul edilmiş,
4 noyabr 1946cı ildə qüvvəyə minmişdir. Halhazırda 191 ölkə bu təşkilatın
üzvüdür. Nizamnaməsi 9 hissə, 57 maddədən ibarət olan YUNESKO “Təhsil,
Elm və Mədəniyyət Təşkilatı”nın ingiliscə qısaldılmış adıdır.
YUNESKO məqsədini proqramının birinci maddəsində belə açıqlayır:
“YUNESKO, beynəlxalq əməkdaşlığa söykənərək, elm, mədəniyyət və təhsil
yolu ilə dünyamızın sülh və təhlükəsizliyini qorumaq məqsədilə qurulmuşdur”.
YUNESKO millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirərək, anlaşmanı
təmin etmək, insanları birbirinə yaxınlaşdırmaq, habelə dünyanın geri qalmış
ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi priotitet istiqamətləri
özünün əsas fəaliyyəti hesab edir. Yeni nəslə sülh və insanlıq sevgisi vermək
şübhəsiz ki, mədəniyyət və elm yolu ilə mümkündür. Cəhalət pis və qaranlıq
düşüncələr bəslədiyi halda, mədəniyyət və elm insanlığa doğru yolu göstərir.
Müharibə pis tərbiyə, despotizm və cahilliyin əsəridir. Dünyanı sülhə, insanlığa
xoşbəxtliyi gətirəcək yol, azadlıq, mədəniyyət və elm yoludur.
YUNESKOya üzv dövlətlər öz ölkələrində milli komissiyalar yaradırlar. Bu
komissiyalar YUNESKO məqsədlərinə uyğun işlərin aparılması üçün hökumətlə
lazımi əməkdaşlıq təmin edirlər. Dünyada məktəb yaşında olan uşaqların
yarısından çoxu qeyrikafiliyi və müəllim azlığı səbəbindən təhsil almaqdan
məhrumdurlar. YUNESKOnun bu sahədəki ilk addımı, Latın Amerikasında
ibtidai təhsil üçün ixtisaslı müəllim kadrlarının hazırlanması və şagirdlərin
məktəb və onun xaricində rast gəldikləri problemləri həll etmək olmuşdur.
YUNESKOnun fəaliyyətinin əsas istiqamətlərindən biri tarixi mədəniyyət
abidələrinin mühafizə edilməsidir. YUNESKO hazırda beynəlxalq sənətkarlar
və alimlərin qurduqları təşkilatları dəstəkləyərək, elmin və müxtəlif mədə
niyyətlərin yayılmasına kömək göstərir. Bu sahədəki ən mühüm işlər ŞərqQərb
mədəniyyəti dəyərlərinin araşdırılması mövzusu üzərində qurulubdur.
1972ci ildə YUNESKO tərəfindən “Ümumdünya Mədəni və Təbii İrsin
Qorunması haqqında Konvensiya” qəbul edilmişdir.
Bu Təşkilatın Nizamnaməsi 1945ci ilin noyabr ayında Londonda 44 ölkənin
nümayəndələrinin qatıldıqları yığıncaqda qəbul edilmişdir. Türkiyə, bu sənədi
imzalayan ilk iyirmi dövlət arasındadır (YUNESKO Nizamnaməsi, Türkiyədə
20 may 1946cı il tarixli və 4895 saylı qanunla təsdiq edilmişdir).
39
Üzv dövlətlərin nümayəndələrindən ibarət olan Ümumi Konfrans 1946
1953cü illər arasında hər il, 1954cü ildən bəri iki ildə bir toplanır. Bu vaxta
qədər 26 Ümumi Konfrans keçirilmişdir.
Ümumi Konfrans, Təşkilatın ən səlahiyyətli orqanı olaraq İcra Şurası üzv
lərini və Baş Direktoru seçir, YUNESKOnun iş proqramlarını qəbul edir və
büdcəni təsdiq edir.
YUNEKO İcra Şurası Ümumi Konfransa qatılan və hökumətləri tərəfindən
namizəd göstərilən nümayəndələr arasından dörd il üçün 58 üzvdən ibarət seçilir.
Ümumi Konfrans tərəfindən altı il üçün seçilən Baş Direktorun rəhbərliyi
altında YUNESKO katibliyi təhsil, elm, mədəniyyət və ünsiyyət sahələrinə
cavabdehdir.
Katibliyin başlıca vəzifəsi, ikiillik YUNESKO proqramlarının tətbiq olun
ması üçün bütün lazımi texniki işləri görmək və tədbirləri təşkil etməkdir.
Baş direktorlar:
Julian Huxley (19461948, Böyük Britaniya)
Jaima Torres Bodes (19481952, Meksika)
John Taylor (19521953, Amerika Birləşmiş Ştatları)
Luther Evans (19531958, Amerika Birləşmiş Ştatları)
Vittorino Veronese (19581961, İtaliya)
René Maheu (19621974, Fransa)
Amadou Mahtar Mbow (Seneqal, 1974cü və 1980ci illərdə seçilmişdir)
Federico Mayor (İspaniya, 1987ci ildə və 1993cü illərdə seçilmişdir)
Koişiro Matsuura (Yaponiya) (1999 və 2004cü illərdə seçilmişdir)
2009 – İrina Bokova, Bolqarıstan.
Azərbaycan Respublikası 3 iyun 1992ci ildə YUNESKOya üzv qəbul edildi.
Ölkəmizdə YUNESKOnun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun pre
zidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan elminin, təhsilinin
və mədəniyyətinin inkişafı istiqamətində misilsiz tədbirlər həyata keçirilməkdədir.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva 2004cü il
avqustun 13də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub
saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə, YUNESKO
nun (United Nations Educational, Scientific and Cultural Organization – Elm,
Təhsil və Mədəniyyət üzrə Birləşmiş Millətlər Təşkilatı) xoşməramlı səfiri
tituluna layiq görülmüşdür.
2004cü il sentyabr ayının 9da Azərbaycan Prezidenti İlham Əliyevin
Fransaya işgüzar səfəri çərçivəsində Parisdə YUNESKOnun iqamətgahında
Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya bu təşkilatın
xoşməramlı səfiri adı verilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimdə YUNESKOnun Baş direktoru Koişiro Matsuura bu əlamətdar
hadisəni aşağıdakı kimi qiymətləndirmişdir:
40
“Bu əlamətdar gündə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri
xanım Mehriban Əliyeva YUNESKOnun xoşməramlı səfiri adına layiq görülür.
Bu ad ona şifahi irsin və musiqi yaradıcılığı irsinin qorunub saxlanılması və
inkişaf etdirilməsinə görə təqdim olunur. Mən bu mərasimdə Azərbaycan Res
publikasının Prezidenti Zatialiləri İlham Əliyevin iştirak etməsindən şərəf
duyuram. Həm hörmətli Prezidentə, həm də xanımı Mehriban Əliyevaya
“YUNESKO evinə xoş gəlmisiniz!” deyirəm. Bu imkandan istifadə edərək,
Zatialiləri, cənab Prezidentə dövlət quruculuğu və sosial inkişaf sahəsində əldə
etdiyi uğurlara nə qədər heyran olduğumuzu da bildirmək istəyirəm.
Xanım Mehriban Əliyevanın yüksək ada layiq görülməsi təşkilatımızın
tarixindəki mühüm bir anda baş verir. Bu təltif onu göstərir ki, mədəniyyət
inkişafın tacıdır və tacları bəzəyən bütün ləlcəvahiratdan daha qiymətlidir.
YUNESKO həmişə mədəniyyəti və inkişafı birbirindən ayrılmaz hesab
edir. Biz iqtisadi inkişafı ayrılıqda nəzərdən keçirmir, inkişaf dedikdə, həm də
intellektual səviyyənin yüksəkliyini, ruhi, mənəvi, emosional rahatlığı nəzərdə
tuturuq. Bu inkişaf qrupların, icmaların, millətlərin gələcəyi ilə yanaşı, həm də
onların tarixlərinin qorunmasını nəzərdə tutur.
Ona görə də burada toplaşmış hörmətli qonaqlara böyük məmnuniyyət hissi
ilə xanım Mehriban Əliyevanın Azərbaycanda mədəniyyət sahəsində yorulmaz
fəaliyyəti barədə danışmaq istəyirəm. Mən onun mədəni irsin, o cümlədən
musiqi irsinin qorunması, musiqi təhsili sahəsində gördüyü işləri xüsusi vurğu
lamaq istəyirəm. Xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Azərbaycan Mə
dəniyyətinin Dostları Fondu onun təşəbbüsü ilə 1995ci ildə yaranmışdır və bu
günə qədər uğurla fəaliyyət göstərir.
Musiqi təhsili və gələcək nəslin maarifləndirilməsi xanım Əliyevanın rəh
bərlik etdiyi fondun daim diqqət mərkəzində olmuşdur. Təqdirə və hörmətə la
yiq haldır ki, fondun təşkil etdiyi xeyriyyə konsertləri dinləyicilərə sevinc bəxş
etməklə yanaşı, milli mədəniyyətin zəngin ənənələrinin yaşadılmasına da xidmət
etmişdir. Fondun səyləri nəticəsində Azərbaycanda musiqi gimnaziyası və mu
siqi məktəbi tamamilə təmir olunmuş, minlərlə yeniyetmə və gəncin musiqi
aləminə qovuşa bilməsi üçün gözəl şərait yaradılmışdır. İmkansız ailələrdən olan
uşaqların bu prosesə cəlb olunması xüsusilə diqqətəlayiq haldır.
Böyük məmnuniyyətlə mən üç dildə nəşr olunan “AzərbaycanİRS” jurnalını
da xatırlatmaq istəyirəm. Xanım Əliyeva bu jurnalda baş redaktor vəzifəsini
icra edir. Jurnal Azərbaycanın və eləcə də bütün Qafqaz regionunun tarixi və
mədəniyyəti barədə məlumatlar yaymaqla kifayətlənmir, eyni zamanda bütün
dünya xalqlarının adətənənələrindən ətraflı bəhs edir.
Bilirəm ki, xanım Əliyeva Azərbaycanda musiqi və şifahi xalq yaradıcılığının
yayılmasına böyük önəm verir.
Azərbaycan zəngin musiqi və şifahi xalq yaradıcılığı ənənələrinə malikdir.
Son illər isə bu sahəyə maraq hədsiz dərəcədə artmışdır.
41
Musiqinin və musiqi alətlərinin funksiyası yalnız səslərlə bitmir. Bunlar
xalqların və millətlərin tarixi yolunu, onların keçirdikləri hisləri, habelə estetik
dəyərləri əks etdirir. Təsadüfi deyil ki, bəşəriyyətin mədəni incilərinin qorunması
ilə bağlı 2003cü ildə təşəbbüs irəli sürülərkən cəmi 30 saniyəlik proqrama məhz
musiqi fraqmenti daxil edilmişdi.
Bu gün bizimlə bu mərasimdə iştirak edən digər xoşməramlı səfir xanım
Marianna Volqaros bu təşəbbüsü dəstəkləmişdir. YUNESKO üzv ölkələri daim
mədəni irsi inkişaf etdirməyə, xüsusilə nadir incilərin qorunub saxlanılmasına
xüsusi qayğı göstərməyə çağırır. Keçən il qəbul olunmuş milli mədəni irsin
qorunması ilə bağlı Konvensiya bu yönümdə çox mühüm bir sənəd və xalqları
bu istiqamətdə birləşdirən ilk vasitə olmuşdur. Yeni Konvensiya hələ 1972ci ildə
qəbul olunmuş dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyaya
mükəmməl bir əlavə idi. YUNESKO bu Konvensiyanı tezliklə ratifikasiya etmə
yi bütün dünya ölkələrinə tövsiyə edir. Biz arzu edirik ki, bu mühüm sənədin
müddəalarının yerinə yetirilməsi prosesinə mümkün qədər tez bir zamanda
başlanılsın.
Şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunması sahəsindəki yorulmaz
səyləri ilə YUNESKOnun xoşməramlı səfiri adını qazanan xanım Mehriban
Əliyeva təşkilatımızın ideya və məramlarını həyata keçirən digər xoşməramlı
səfirlərin sırasına daxil olur. Bu fəxri adı qəbul etdiyinə görə YUNESKO
adından ona minnətdarlığımı bildirirəm. Çox şadam ki, YUNESKOnu və bizim
hamımızı narahat edən məsələlərlə bağlı səfirlik missiyasını yerinə yetirməyə
razılıq vermişdir. Ümumi məqsədlərimizin həyata keçməsi üçün nüfuzundan
istifadə edərək, işimizə töhfə vermək üçün göstərəcəyi səylərə görə xanım
Mehriban Əliyevaya təşəkkürümüzü bildiririk”.
Dünya ictimaiyyəti tərəfindən də Heydər Əliyev Fondunun Prezidenti
Mehriban xanım Əliyevanın YUNESKOnun xoşməramlı səfiri adına layiq
görülməsi Azərbaycanın mədəni həyatında çox mühüm bir hadisə kimi qiy
mətləndirilmişdir. Ölkəmizin nümayəndəsi YUNESKOnun xoşməramlı səfiri
adına layiq görülməsi, çox əlamətdar bir hadisə idi. Çünki bu, Azərbaycan
mədəniyyətinin müxtəlif sivilizasiyalarla əlaqələrinin möhkəmlənməsi istiqa
mətində irəliyə atılmış nəhəng bir addım olmuşdu.
Mərasimdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti möhtərəm
İlham Əliyev cənabları Mehriban xanım Əliyevanın YUNESKOnun xoşmə
ramlı səfiri adına layiq görülməsini ölkəmiz üçün mühüm hadisə kimi dəyər
ləndirərək demişdir: “Azərbaycanın çox qədim tarixi və zəngin mədəni irsi var.
Ölkəmiz dünya mədəniyyətinə çoxlu töhfələr vermişdir. Eyni zamanda, dünya
mədəniyyəti nümunələri də Azərbaycanda geniş təmsil olunmuşdur.
Azərbaycan beynəlxalq aləmin bir hissəsi, müstəqilliyini nisbətən yeni qa
zanmış ölkədir. Əlbəttə, ölkəmizin beynəlxalq birliyə tam inteqrasiyası üçün
42
hələ çox iş görülməlidir. Biz bu istiqamətdə fəal iş aparırıq. Avropa ölkələri
ilə, ümumən beynəlxalq qurumlarla həm siyasi, həm iqtisadi, həm də sosial
səviyyədə geniş əlaqələrimiz vardır.
Bu gün mənim üçün ikiqat əlamətdardır. Çünki bu, yalnız Azərbaycan
nümayəndəsinin YUNESKOnun xoşməramlı səfiri adına layiq görülməsi deyil,
həm də mənim xanımımın təltif olunmasıdır. Çox şadam ki, onun fəaliyyəti
bu cür yüksək qiymətləndirilir və tanınır. Elə bilirəm ki, o, xoşməramlı səfir
adını daşımağa layiqdir. Çünki o, həmişə insanlara xoş münasibəti, xoş niyyəti
ilə seçilibdir. Bu, onun xasiyyətinin fərqləndirici cəhətidir. Əminəm ki, bu
yeni işdə də fəal çalışacaq və fəaliyyəti ilə ümumi məqsədlərimizə töhfəsini
əsirgəməyəcəkdir. Ümumi məqsədlərimiz isə birbirimizi daha yaxından tanı
maq, insanları, mədəniyyətləri tanıtmaq, müxtəlif xalqların və ölkələrin mədə
niyyətlərindən bəhrələnməkdir”.
Beləliklə, 2004cü il sentyabr ayının 9da Mehriban xanıma YUNESKOnun
xoşməramlı səfiri fəxri adını təsdiqləyən diplom və habelə müvafiq sertifikat
təqdim edildi.
43
mEhrİban Xanım ƏLİYEVanın “YüzİLLİYİn mEsEnatı”
bEYnƏLXaLq XEYrİYYƏ fondunun “Yaqut Xaç”
ordEnİnƏ LaYİq görüLmƏsİ
2005ci il oktyabr ayının 13də Heydər Əliyev Fondunun prezidenti,
YUNESKOnun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya “Yüzilliyin
mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninin təqdim edil
məsi mərasimi keçirilmişdir.
Mərasimdə iştirak edən görkəmli ictimai xadimlər Mehriban xanımın xey
riyyəçilik fəaliyyətini nəciblik adlandıraraq onun dahi azərbaycanlı, unu dulmaz
Ümummilli Liderimiz Heydər Əlirza oğlu Əliyevin yanında necə böyük, məz
munlu, kamil, gözəlliyinə görə möcüzəli bir məktəb keçdiyindən söz açmışlar.
Mərasimdə Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdul
layev Mehriban xanımın fəaliyyətini bu cür qiymətləndirmişdir: “Bu gün bütün
dünyada xeyriyyəçiliklə çoxları məşğul olur. Lakin ziyalılarımızın, cəmiy
yətimizin müxtəlif təbəqələrinin nümayəndələri Mehriban xanım Əliye vanın
nəinki bu gün gördüyü işlərə, həm də bu işləri necə gördüyünə heyrandırlar.
Bu mənəvi ülviliyin ikitərəfli əlaqəsi var. Zənnimcə, Mehriban xanımın özü də
mənən ucalır və çalışır ki, diqqət və qayğının yönəldildiyi və bu fəaliyyətin,
missiyanın ünvanlandığı insanlar da mənən zənginləşsin, ucalsınlar. Mehriban
xanım Əliyevanın bu gün Azərbaycanda fəaliyyətini fərqləndirən böyük mənəvi
qovuşma baş verir. Bu, təkcə Azərbaycanda deyil, onun olduğu hər bir yerdə də
müşahidə olunur.
Mən XX əsrin görkəmli Amerika yazıçısı O’Henrinin gözəl sözlərini xatır
layıram. O demişdir: “Biz o insanlara minnətdar olmalıyıq ki, onlara kömək
göstərməyimizə imkan verirlər”. Məhz belə münasibət – təkcə nə isə verən tərəfin
deyil, həm də onu qəbul edən tərəfin bu prosesin subyekti olduğu münasibət, belə
qarşılıqlı mənəvi zənginləşmə Mehriban xanımın həmin istiqamətdə fəaliyyətini
səciyyələndirir”.
Azərbaycanın rus İcmasının sədri Mixail Zabelin Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım Əliyevanın səmərəli xeyriyyəçilik fəaliyyətindən
söz açaraq bunun Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini bildirmişdir. O,
Fondun Prezidentinin xeyriyyəçiliyini rus İcmasının da öz üzərində hiss etdiyinə
dair misal çəkmişdir: icmanın nəzdində fəaliyyət göstərən uşaq düşərgəsinə
Mehriban xanımın adından televizor, müxtəlif hədiyyələr verilmişdir. Bunları
mərasimi əsl bayrama çevirən onun qızı Leyla Əliyeva təqdim etmişdir. Özü də
bu, tamamilə gözlənilməz olmuşdur, çünki Fonda heç bir müraciət edilməmişdi.
Bütün bunlar həssas və kövrək uşaq qəlbində öz əksini tapmışdır.
Mixail Zabelin uşaq evlərinin tikintisi və abadlaşdırılması, mədəniyyət sahə
sində böyük humanist missiyaya görə Fondun prezidentinə təşəkkür edərək
bildirmişdir ki, Azərbaycanın rus İcması, digər ictimai təşkilatlar Heydər Əliyev
44
Fondu prezidentinin məhz xeyriyyəçilik xidmətlərini yüksək qiymətləndirərək,
Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Mehriban xanım Əliyevanı “Yaqut
xaç” ordeninə təqdim etmişlər.
“Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondu idarə heyətinin üzvü,
Rusiyanın əməkdar artisti Angelina Vovk mərasimdə çıxış edərək vurğulamışdır
ki, humanizm və başqasının dərdinə şərik olmaq bütün dövrlərdə insan cəmiy
yətində üstünlük verilən əbədi dəyərlərdir. Zəmanəmizin böyük şəxsiyyəti
Heydər Əliyev öz ölkəsinə, insanlara, xeyirxahlıq və haqqədalət amallarına
xidmət etməklə belə təmənnasız, fədakar həyat nümunəsi göstərmişdir.
Angelina Vovk Rusiya Prezidentinin İşlər İdarəsinin, Federasiya Şurasının,
Dövlət Dumasının, Moskva hökumətinin və bir sıra başqa rəsmi orqanların
dəstəyi ilə yaradılan “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun
məqsəd və vəzifələrindən danışaraq bildirmişdir ki, digər görkəmli müasirlərin
adları ilə birlikdə, Mehriban xanım Əliyevanın adı da bütün zəmanələrin ən
böyük xeyriyyəçiləri və mesenatlarının siyahısına qızıl hərflərlə yazılacaqdır.
Angelina Vovk Mehriban xanım Əliyevanın özünün təşkilatçılıq məharəti
sayəsində bir sıra humanitar proqramlar – Azərbaycanı beynəlxalq aləmdə sülhə,
yaradıcı inkişafa və digər ölkələrlə əməkdaşlığa çalışan dövlət kimi tanıdan
proqramlar həyata keçirtdiyini, misilsiz fəaliyyətinin Azərbaycan xalqının çox
zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən
zəif təbəqələrinin – qaçqınların, məcburi köçkünlərin, aztəminatlı ailələrdən olan
uşaqların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiyini, başçılıq
etdiyi və Azərbaycan xalqının əfsanəvi Ümummilli Lideri Heydər Əliyevin adını
daşıyan Fondun bir çox sosial əhəmiyyətli layihələr həyata keçirtdiyini, onların
arasında “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat uğrunda”
proqramlarını xüsusi olaraq dəyərləndirmişdir.
Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri, “Yüzilliyin
mesenatı” Beynəlxalq Fondunun idarə heyətinin üzvü qraf Pyotr Şeremetyev
“Yaqut xaç” ordenini Heydər Əliyev Fondunun prezidentinə təqdim edərək
bildirmişdir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək insani özü
nüdərkə, alicənablığa, niyyətlərin paklığına nümunədir. O, Mehriban xanım
Əliyevanın səylərini Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möh
kəmləndirilməsi yolunda müstəsna xidmət adlandırmışdır.
Heydər Əliyev Fondunun prezidenti, YUNESKOnun xoşməramlı səfiri
Mehriban xanım Əliyeva mərasimdə çıxış edərək Fondun çoxşaxəli fəaliyyəti
haqqında aşağıdakıları qeyd etmişdir:
“Mən Fondumuzun fəaliyyətindən bir qədər danışmaq istərdim. Angelina
Mixaylovna onun haqqında çox yaxşı və müfəssəl danışdı. Buna baxmayaraq, bir
neçə kəlmə demək istərdim. Fondumuz nisbətən yaxınlarda, bir ildən bir qədər
əvvəl fəaliyyətə başlamışdır. Bu müddət ərzində – mən bunu iftixarla deyirəm
45
– biz ölkəmizdə çox nüfuzlu və çox hörmətli təşkilat ola bildik. Yəqin, burada
xeyriyyəçilik fəaliyyətimizin çox böyük rolu var.
Biz işimizə yenicə başlayanda bildirdik ki, ölkəmizdə ictimaisiyasi həyatın
bütün sahələrində Fondun iştirak etdiyi qlobal, genişmiqyaslı, uzunmüddətli
layihələr ilə yanaşı, cəmiyyətimizin ən aztəminatlı təbəqələri olan insanlara –
valideynlərindən məhrum uşaqlara, qaçqın və məcburi köçkünlərə, yoxsulluq
həddindən aşağı səviyyədə yaşayan adamlara, qocalara və müxtəlif xəstəliklərdən
əziyyət çəkən uşaqlara çox böyük diqqət yetirəcəyik.
Budur, indi, aradan bir ildən bir az artıq vaxt keçəndən sonra iftixarla deyə
bilərəm ki, məhz həmin istiqamətdə görülmüş bütün işlər öz nəticələrini, öz real
bəhrələrini verir.
Məktəblərə gedəndə özümü çox xoşbəxt hiss edirəm. Mən demişəm ki,
Azərbaycandakı hər bir internat məktəbinə, hər bir uşaq evinə şəxsən özüm
gələcəyəm. Bu günədək biz 40 uşaq evində olmuşuq. İnanın ki, indi onların
təxminən 30u, demək olar, təzələnmiş, yenidən tikilmişdir, yəni biz real
şərait yaratmışıq, bu uşaqların yaşayışı və təhsili üçün şəraiti yaxşılaşdırmışıq.
Bununla yanaşı, uşaqlar hiss etmişlər ki, unudulmayıblar, onlarla maraqlanırlar,
onlar cəmiyyətimizə gərəkdirlər. Bir növ zəncirvarı reaksiya getmişdir – onlarla
maraqlanmağa, onlara baş çəkməyə, diqqət yetirməyə başlamışlar. Bu isə onları
isti yaşayış yeri ilə təmin etməkdən və onlara təhsil verməkdən heç də az vacib
deyildir.
Bu ilin mayında Fondun təşəbbüsü ilə irəli sürülmüş “Yeniləşən Azərbaycana
yeni məktəb” proqramı respublikada çox böyük əkssəda doğurdu. Respublika
ərazisindəki bütün məktəblərin monitorinqini keçirdik və öyrəndik ki, elə
məktəblər var, burada nəinki oxumaq, hətta həmin binalarda olmaq mümkün
deyildir. İnanmaq çətin olsa da, 4 ayda 90 yeni məktəb tikilib istismara verildi,
daha 40 məktəb isə bu ilin sonunadək hazır olacaqdır.
Mədəniyyət, səhiyyə sahəsində bir sıra iri layihələr, məsələn, diabetdən
əziyyət çəkən uşaqlara yardım layihəsi var. Biz digər ictimai təşkilatlarla birlikdə
ona nail olduq ki, indi respublikada bu xəstəliyə tutulmuş uşaqların hamısı
lazımi davadərman alır. Genetik cəhətdən keçici xəstəlik olan talassemiya
Azərbaycanda böyük problemdir. Aralıq dənizi bölgəsinin bir sıra ölkələrində
bu xəstəliyin, demək olar, öhdəsindən gəlmiş, ona son qoymuşlar. Odur ki, biz
bu ölkələrin müsbət təcrübəsindən bəhrələnərək, beynəlxalq dərəcəli ekspertlər
cəlb edərək, Azərbaycanda talassemiyanın ləğv olunmasına dair proqram hazır
lamışıq. Bu ilin oktyabrında biz ixtisaslaşdırılmış talassemiya mərkəzinin tikin
tisinə başlayacağıq. Qan xəstəliyindən əziyyət çəkən hər bir uşaq burada ən
səmərəli tibbi yardım ala biləcəkdir.
Mədəniyyət sahəsində fəaliyyətimizi elə qurmağa çalışırıq ki, dövrlərin və
nəsillərin varisliyi saxlanılsın. Çünki bunsuz nə yüksək mədəniyyət, nə incə
46
sənət, nə də milli ruhun formalaşması mümkündür. Həyata keçirdiyimiz bütün
layihələrin ümummədəni əhəmiyyəti var. Burada mən yaxın gələcəkdə həyata
keçiriləcək “Üzeyir Hacıbəyov” layihəsindən danışmaq istərdim. Layihə Azər
baycanın bu musiqi dühasının, əslində, bütün irsini əks etdirir. Digər layihə –
“Qalina Vişnevskaya və Mstislav Rostropoviç” layihəsi ilə də fəxr edirik. O,
artıq həyata keçirilib və layihə qəhrəmanlarının özləri, musiqi ictimaiyyəti
tərəfindən çox yüksək qiymətləndirilmişdir.
2006cı ilin fevralında biz ölkəmizin paytaxtında – Bakıda böyük musiqiçi
Dmitri Şostakoviçin 100 illiyinə həsr edilmiş festival keçirməyi planlaşdırırıq.
Bizim çox böyük planlarımız, çox böyük layihələrimiz var. Dediyim kimi, qlobal
layihələrimiz var. Lakin bununla yanaşı, iftixarla deyirəm ki, biz Fondumuza
müraciət edən hər bir insanı heç vaxt unutmamağa çalışırıq. Biz minlərlə məktub
alırıq. İndi mən ayrıayrı hallardan, konkret köməkdən danışmaq istəmirəm.
Təkcə onu deyim ki, belə insanlar yüzlərlə deyil, minlərlədir. Mühüm vəzifələrin
həlli ilə yanaşı, xəbər tutduqda və hay vermək mümkün olduqda, belə adamlara
yardım göstərməyi Fondumuzun ən böyük xidmətlərindən biri hesab edirəm.
Mən Fondun fəaliyyətindən çox danışa bilərəm, lakin diqqətinizdən və
vaxtınızdan suiistifadə etmək istəmirəm. İndi biz elə bir dünyada yaşayırıq
ki, ətrafda diqqət yetirilməsi və düzgün dərk olunması tələb edilən problem
və məsələlər lap çoxdur. Biz bugünkü gündən danışdıqda “qloballaşma”,
“inteqrasiya”, “elmitexniki tərəqqi”, “yüksək texnologiyalar” kimi sözləri daha
teztez eşidirik və siz mənimlə razılaşarsınız ki, bu sözlər həqiqi insanpərvərlik,
mərhəmət, xeyirxahlıq, mənəviyyat kimi anlayışlardan daha teztez səslənir. Biz
bu ümumbəşəri və əbədi dəyərləri ikinci sıraya keçirmirikmi? Xeyriyyəçilik
missiyası bu gün həmişəkindən daha vacibdir. Vaxt vardı, Azərbaycanda xey
riyyəçilik ümummilli ideya, ümummilli miqyaslı iş idi. Bu gün mən iftixarla
deyə bilərəm ki, siz bu ənənənin dirçəlməsinin şahidisiniz. Bizim təcrübəmiz,
Fondumuzun təcrübəsi göstərdi ki, ölkəmizdə çağırışa hay verməyə, təmənnasız
yardım göstərməyə, kömək əli uzatmağa hazır olan insanlar çoxçoxdur. Yaxşılıq
yaxşılıq doğurur, yəqin ki, bu, Fondumuzun, fəaliyyətimizin əsas xidmətidir.
Bizim böyük planlarımız var. Fondun fəaliyyətini, ilk növbədə, xeyriyyəçilik
fəaliyyətini genişləndirəcəyik.
Dünyanı, hər halda, xeyirxahlıq xilas edəcəkdir”.
|