Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Aşağı ətrafın kəskin işemiyası olan xəstədə bud, dizaltı və pəncə



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə201/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   197   198   199   200   201   202   203   204   ...   292
2020-02-19 14-56-56

959) Aşağı ətrafın kəskin işemiyası olan xəstədə bud, dizaltı və pəncə 
arteriyalarında nəbz yoxdur. Okklüziyanın səviyyəsini təyin edin. 
A) Daxili qalça arteriyası 
B) Budun səthi və dərin arteriyalarının birgə okklüziyası 
C) Bud arteriyasının yuxarı 1/3-i 
D) Bud arteriyasının orta üçdəbiri 
E) Xarici qalça arteriyası 
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость 
бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. 
с.304. 
960) Xəstədə hər iki aşağı ətrafın eyni vaxtda yaranan və daha çox sağda özünü 
göstərən kəskin işemiyası vardır, sağ bud, dizaltı və pəncə arteriyalarında 
pulsasiya yoxdur. Sol bud arteriyasında və aşağı ətrafın digər arteriyalarında 
pulsasiya zəifləməsi qeyd edilir. Okklüziyanın səviyyəsini təyin edin. 
A) Sağ qalça arteriyasının okklüziyası və sol aşağı ətraf arteriyalarının reflektor 
spazmı 
B) Aortanın bifurkasiyasının total trombozu 
C) Hər iki bud arteriyasının okklüziyası 
D) Sağ xarici qalça arteriyasının və sol daxili bud arteriyasının okklüziyası 
E) Aortanın bifurkasiyasının trombemboliyası, sağ qalça arteriyasının tam 
okklüziyası və sol qalça arteriyasının hissəvi okklüziyası ilə 


Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость 
бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. 
с.304. 
961) Aşağıdakılardan hansı aşağı ətraf damarlarının obliterasiyaedici 
endarteriitinin cərrahi müalicəsinin seçim metodu deyil? 
A) Arteriyaların daralmış sahələrinin rezeksiyası və onların auto- və allotransplantatla 
əvəz olunması 
B) Bel simpatektomiyası 
C) Endarterektomiya, yan autovenoz plastika ilə 
D) Böyük dərialtı venanın bağlanması 
E) Ətraf arteriyalarının autovenoz şuntlanması 
Ədəbiyyat: А.А.Вишневский, Н.И.Краковский, В.Я.Золоторевский. 
Облетирирующие заболевания артерий конечностей. “Медицина", Москва, 
1972. с.246 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   197   198   199   200   201   202   203   204   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin