Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Ağciyərin sisti zamanı təcili cərrahi müalicəyə hansılar göstərişdir?



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə263/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   259   260   261   262   263   264   265   266   ...   292
2020-02-19 14-56-56

1262) Ağciyərin sisti zamanı təcili cərrahi müalicəyə hansılar göstərişdir? 
A) Konservativ müalicənin (drenləşdirmə, skleroterapiya) effektsizliyi 
B) Yalnız spesifik iltihabın qoşulması (vərəm) 
C) Sistin irinləməsi 
D) Qeyri-spesifik iltihabın qoşulması 
E) Sistin olma faktı 
Ədəbiyyat: B.A. Ağayev Cərrahi xəstəliklər. Bakı. Azərbaycan nəşriyyatı. 2000 
səh.110 
1263) Kəskin absesin xroniki absesə keçməsi ehtimalı ən çox nədən asılıdır? 
A) Plevranın empieması, piopnevmotoraks və s. ağırlaşmaların olmasından 
B) Absesin inkişafına səbəb olan mikrob florasından və onun dərmana qarşı 
davamlılığından 
C) Absesin formasından, ölçüsündən və lokalizasiyasından 
D) Yanaşı patologiyadan 
E) Drenləşdirici bronxun keçiriciliyinin vəziyyətindən 


Ədəbiyyat: B.A. Ağayev Cərrahi xəstəliklər. Bakı. Azərbaycan nəşriyyatı. 2000 
səh.93 
1264) Ağ ciyərin qanqrenasını qanqrenoz absesdən necə fərqləndirmək olar? 
A) Auskultativ məlumatlara görə 
B) Ağ ciyərdə irinli-nekrotik prosesin yayılmasına və ətraf orqanları cəlb etmə 
xarakterinə görə 
C) Klinik mənzərəsinə görə 
D) Ağ ciyərdə boşluqların forması, lokalizasiyası və sayına görə 
E) İmmunoqramma və hemoqrammaya görə 
Ədəbiyyat: B.A. Ağayev Cərrahi xəstəliklər. Bakı. Azərbaycan nəşriyyatı. 2000 
səh.94 
1265) Ağciyərin bronxektaziyası zamanı operativ müdaxiləyə hansı göstərişdir? 
A) Bronxun tıxanması və infeksiyanın qoşulması 
B) Vərəmin qoşulması 
C) Anaerob infeksiyanın proqressivləşməsi 
D) Bronxların deformasiya uğraması 
E) patoloji prosesin tez-tez kəskinləşməsi 
Ədəbiyyat: B.A. Ağayev Cərrahi xəstəliklər. Bakı. Azərbaycan nəşriyyatı. 2000 
səh.97 
1266) Bronxektazların cərrahi müalicəsinə əks göstəriş hansıdır? 
A) Birtərəfli zədələnmə 
B) Bronxektazların diaqnostik olaraq təsdiqlənmiş residivi 
C) Zədələnmənin ikitərəfli xarakterdə olması 
D) Birtərəfli zədələnmə zamanı bronxektaziya xəstəliyinin klinikasının olması 
E) Proqressivləşən ürək-ağ ciyər çatmamazlığı 
Ədəbiyyat: B.A. Ağayev Cərrahi xəstəliklər. Bakı. Azərbaycan nəşriyyatı. 2000 
səh.97 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   259   260   261   262   263   264   265   266   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin