458) Siqmavari bağırsağın orta 1/3 – nin xərçəngi zamanı hansı əməliyyat radikaldır? A) Total kolektomiya
B) Siqmavari bağırsağın distal rezeksiyası
C) Siqmavari bağırsağın seqmentar rezeksiyası və siqma-siqma anastomozun
qoyulması
D) Sol tərərfli hemikolektomiya
E) Siqmoidektomiya
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии.
Москва, «Медпрактика» , 2006, стр.,268-ci səh.
459) Mədə xərçəngi zamanı icra edilən D-2 limfadisseksiyanın mahiyyəti nədir? A) Mədədən 2 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması
B) Mədənin yalnız 1-ci limfatik basseyninin düyünlərinin çıxarılması
C) Mədədən 3 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması
D) Mədənin yalnız 2-ci limfatik basseyninin düyünlərinin çıxarılması
E) Mədədən 1 sm məsafədə yerləşən limfa düyünlərinin çıxarılması
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, стр., 592
460) Aşağıdakılardan hansında profilaktik antibiotikoterapiyaya ehtiyac yoxdur? A) Mədə rezeksiyası
B) Qida borusunda icra edilən əməliyyat
C) Xolesistektomiya
D) Qaraciyər transplantasiyası
E) Tiroidektomiya
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,162.
461) İrinli yaranın cərrahi işlənməsi nəyi təmin etmir? A) İntoksikasiyanın azalmasını
B) Antibakterial təsiri
C) Sağalmanın sürətinin artmasını
D) Yara infeksiyasının məhdudlaşmasını
E) Prosesin generalizasiyasının əngəllənməsini
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,544.
462) İrinli yarada tamponun hiqroskopik təsir müddəti neçə vaxt davam edir? A) 10-12 saat
B) 7-9 saat
C) fərdi olaraq
D) 2-3 saat
E) 4-6 saat
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия.
Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,538.