Ümümi cərrahiyə ixtisası üzrə nümunəvi test sualları


) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur?



Yüklə 7,13 Mb.
Pdf görüntüsü
səhifə17/292
tarix30.08.2023
ölçüsü7,13 Mb.
#141112
1   ...   13   14   15   16   17   18   19   20   ...   292
2020-02-19 14-56-56

81) Xəncərvari çıxıntının yırtığı zamanı xəstənin şikayətləri ən çox nədən olur? 
A) Xəncərvari çıxıntının altında yerinə düzələn şişkinlik olur və ağrı olmur 
B) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin öddaşı və xroniki 
pankreatitə oxşamasından 
C) Göbək nahiyəsində ağrılardan və qucmadan 
D) Sağ qabırğaaltı nahiyədə ağrılardan və qusmadan 
E) Döş sümüyü arxasında ağrılardan və bəzən xəstəliyin stenokardiya,xora xəstəliyi 
və qastritə oxşamasından 
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с, 
82) Ağ xəttin yırtığı ən çox hansı nahiyədə təsadüf edir? 
A) Mezoqastral nahiyədə 
B) Eyni dərəcədə mezoqastral və hipoqastral nahiyədə 
C) Eyni dərəcədə epiqastral və mezoqastral nahiyədə 
D) Hipoqastral nahiyədə 
E) Epiqastral nahiyədə 
Ədəbiyyat: Хирургия грыж живота. В.В.Жебровский.,Москва 2005,381 с, 
83) Qarın daxili yırtıqlardan ən çox boğulma müşahidə olunanı hansıdır? 
A) Kor bağırsaq ətrafı daxili yırtlq və sidik kisəsi üstü daxili yırtıq 
B) Sidik kisəsi üstü daxili yırtıq və müsariqə-divar daxili yırtığı 
C) Sidik kisəsi üstü daxili yırtıq və oniki barmaq bağırsaq ətrafı –Treys daxili yırtığı 
D) Kor bağırsaq ətrafı daxili yırtlq 
E) Müsariqə-divar daxili yırtığı 


Ədəbiyyat: Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с, 
84) Qapayıcı dəliyin yırtığı haradan xaricə çıxır? 
A) Qasıq nahiyəsindən 
B) Sağrı nahiyəsindən 
C) Pupart bağının altından və ona bitişik 
D) Budun yuxarı 1/3-nin ön-lateral tərəfindən 
E) Budun yuxarı 1/3-nin ön-medial tərəfindən 
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с, 
85) Spigel yırtığı haradan çıxır? 
A) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının bayır kənarından 
B) Göbəkdən bir qədər aşağıda düz əzələ yatağının içəri kənarından 
C) Qasıqüstü nahiyədən 
D) Göbəkdən bir qədər yuxarıda düz əzələ yatağının bayır kənarından 
E) Ön-üst qalça tinindən 2sm medial tərəfdə 
Ədəbiyyat:Хирургия грыж живота. В.В.Жебровский.,Москва,2005,381 с, 

Yüklə 7,13 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin