Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008,
səh., 185.
20. Endokrin cərrahiyyəsi
947) Ağciyər arteriyasının tromboemboliyası zamanı dəri və selikli qişa
örtüklərinin göyərməsi və şişkinliyinin daha artıq dərəcədə bədənin yuxarı
hissəsində (boyun və döş nahiyəsində, yuxarı ətraflarda) baş verməsi nə ilə izah
olunur?
A) ürək fəaliyyətinin pozulması ilə
B) venoz təzyiqin aşağı düşməsi ilə
C) kiçik qan dövranında
pozğunluğun baş verməsi ilə
D) yuxarı boş venada qapaqların olmamağı ilə
E) arterial təzyiqin kəskin surətdə artması ilə
Ədəbiyyat: K.Ə.Balakişiyev. İnsanın normal anatomiyası. «Maarif», Bakı, 1979.
948) Hansı zədələnmə döş qəfəsinin nüfuz edən zədələnməsi sayılır?
A) visseral plevranın tamlığının pozulması şərti ilə baş vermiş bütün zədələnmələr
B) səthi dəri – aponevrotik qatın açıq zədələnməsi
C) döş qəfəsini təşkil edən bütün qatların qabırğaların sınması ilə müşayiət olunan
açıq zədələnməsi
D) döş qəfəsinin bütün qatlarının visseral plevraya qədər açıq zədələnməsi
E) qabırğalara qədər bütün qatların açıq zədələnməsi
Ədəbiyyat: L.A.Məmmədov. Döş nahiyəsinin topoqrafiyası və cərrahi əməliyyatları.
“Müəllim”, Bakı, 2003
949) Appendektomiyanın hansı üsulunda soxulcanabənzər çıxıntının güdülü kor
bağırsağın mənfəzinə gömüldülmür?
A) müştərək üsulda
B) anteqrad appendektomiya zamanı
C)
liqatura üsulunda
D) retroqrad appendektomiya zamanı
E)
unvaginasion üsulda
Ədəbiyyat: L.A.Məmmədov. Qarın nahiyəsinin topoqrafiyası və cərrahi
əməliyyatları. “Müəllim”, Bakı, 2004
Dostları ilə paylaş: