236) Aşağıda sadalanan faktorlardan hansı mədə xorasından qanaxmanın
təkrarlanması üçün risk faktoru deyil?
A) Çoxsaylı qanqusmalar
B) 24 saat ərzində 4-6 vahid qan köçürülən xəstələr
C) 50 yaşlı kişi cinsli xəstələr
D) Endoskopiya zamanı davam edən qanaxma
əlamətləri
E) Mədənin böyük və ya kiçik əyriliklərindən 2 sm məsafədə yerləşən xoralar
Ədəbiyyat: Nuru Bayramov Cərrahi xəstəliklər I hissə Bakı 2015 səh 114
237) Qaraciyər exinokokkozunun erkən dövrdə klinik əlaməti hansıdır?
A) Sağ qabırğaaltı nahiyədə ağrı
B) Epiqastral nahiyədə ağrı
C)
Qusma və yüksək hərarət
D) Sarılıq
E)
Gizli və simtomsuz olur
238) Qaraciyər exinokokkozunun meydana çıxan ilkin klinik əlaməti hansıdır?
A) Epiqastral nahiyədə ağrı
B) Qusma və yüksək hərarət
C) Sağ qabırğaaltı nahiyədə ağrı
D) Gizli və simtomsuz olur
E) Allergik reaksiya meydana çıxır
239) Qaraciyər exinokokkunun differensial diaqnozu zamanı ən informativ
müayinə üsulu hansıdır?
A) Qanın ümumi analizi
B) Peroral xolesistoqrafiya
C)
Kompüter tomoqrafiya
D) USM
E) İcmal rentgrnoskopiya
240) Qaraciyər exinokokkozu ilə xəstədə əməliyyatı hansı müddətdə etmək
lazımdır?
A) Xəstəlik aşkar olunan zaman planlı əməliyyat təklif etmək lazımdır
B) Xəstəlik aşkar olunan zaman təcili əməliyyat təklif etmək lazımdır
C) 6
ay müddətində
D) 1ay müddətində
E) 3 ay müddətində
Dostları ilə paylaş: