720) «Göy fleqmaziyanın» təyinedici klinik əlamətləri hansılardır?
A) Ətrafın distal şöbələrində sianoz, ödem, ağrı və qanqrenanın olması
B) Ətrafın ödemi və periferik arterial damarlarda kəskin zəifləmiş nəbz
C) Ətraflarda magistral venalar boyunca kəskin ağrı ilə müşayiət olunan ödem
D) Ətrafın dərialtı venaların şişməsi ilə müşayiət olunan ödemi
E) Bütün aşağı ətrafın sağrı və qasıq nahiyəsinə yayılmış ödemi
Ədəbiyyat: А.А.Русанов. Аппендицит. «Медицина», Ленинград, 1979. с.174.
721) Magistral arteriyaların kəskin keçməməzliyi olan xəstələrdə ətrafların total əzələ kontrakturası aşkar edildikdə aşağıdakılardan hansı göstərişdir?
A) Ətrafın «arteriya-vena» sistemi ilə perfuziyasından sonra arterial qan dövranının bərpa edilməsi
B) Arterial qan dövranının bərpası və fassiotomiya
C) Ətrafın amputasiyası
D) Arterial qan dövranının birincili bərpası
E) 200-300 ml həcmdə venoz qanburaxmadan sonra arterial qan dövranının bərpası
Ədəbiyyat: В.С.Савeльев, И.И.Затевахин, Н.В.Степанов. Острая непроходимость бифуркации аорты и магистральных артерий конечности. “Медицина”, 1987. с.304.
Dostları ilə paylaş: |