Ümumi cərrahiyyə ixtisası üzrə nümunəvi test tapşırıqları


) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir



Yüklə 0,96 Mb.
səhifə321/323
tarix02.01.2022
ölçüsü0,96 Mb.
#1439
növüРуководство
1   ...   315   316   317   318   319   320   321   322   323
924) Sayılan göstəricilərdən hansı baş beyin silkələnməsinə xarakterikdir:

1. Huşun itirilməsi

2. Anizokoriya

3. Ürəkbulanma və qusma

4. Üfüqi nistaqm

5. Bradikardiya
A) 2, 3, 5

B) 1, 3, 4

C) 2, 4, 5

D) 1, 2, 4

E) 1, 3, 5
Ədəbiyyat: Лебедев В. В. , Быковников Л. Д. Руководство по неотложной нейрохирургии. - М.: Медицина, 1987.
925) Baş beyinin sıxılma sindromunu təsdiq edən diaqnostik tədbirlər:

1. Kranioqrafiya

2. Axırıncı sisternin punksiyası

3. Meninqoexoskopiya

4. Kompyuter tomoqrafiyası

5. Onurğa beynin punksiyası
A) 1, 2, 4

B) 2, 4, 5

C) 1, 3, 4

D) 2, 3, 5

E) 1, 3, 5
Ədəbiyyat: В.В.Лебедев, Л.Д.Быковников. Руководство по неотложной нейрохирургии. «Медицина», Москва, 1987.
926) Sadalanan əməliyyatlardan hansı mədə və 12 barmaq bağırsaq xora xəstəliyinin müalicəsində təcili göstərişə əsasən aparılır?
A) Kötük vaqotomiyası, piloroplastika ilə

B) Bilrot-I üsulu ilə mədə rezeksiyası

C) Selektiv proksimal vaqotomiya

D) Perforativ xoranın gözənməsi

E) Bilrot-II üsulu ilə mədə rezeksiyası
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.

927) Əməliyyatdan sonrakı dövrdə aşağı ətraflarda flebotrombozun baş verməsinin əsas qorxusu nədir?
A) Əməliyyatdan sonrakı pnevmoniya

B) Dərialtı venaların varikoz genişlənməsi

C) Beyin damarlarının emboliyası

D) Ayaqların qanqrenası

E) Ağ ciyər arteriyasının trombemboliyası
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989. с.350

928) Böyrəklərin və qarın daxili üzvlərin müştərək travması zamanı nefrektomiyaya mütləq (tam) göstərişdir:
A) Böyrəyin əzilib parçalanması

B) Subkapsulyar hematoma

C) Böyrəyin aşağı qütbünün cırılması

D) Geniş peritonarxası hematoma

E) Ləyənin cırılması
Ədəbiyyat: Ю.М.Лопухин, В.С.Савельев. Хирургия. «ГЭОТАР Медицина», Москва, 1997.
929) Əməliyyatdan sonrakı dövrdə trombembolik ağırlaşmaların profilaktikası aşağıda qeyd olunanların hamısının məcmusudur bundan başqa:
A) Aşağı ətrafların əməliyyatdan əvvəl və sonra elastiki bintlə bintlənməsi

B) Düz təsirli antikoaqulyantlar

C) Müalicə gimnastikası və adekvat ağrısızlaşdırma

D) Dezaqreqantlar

E) Ciddi yataq rejimi
Ədəbiyyat: Т.П.Макаренко, Л.Г.Харитонов, А.В.Богданов. Ведение больных общехирургического профиля в послеоперационном периоде. «Медицина», Москва, 1989.
930) Anamnezində qanaxma ilə ağırlaşma olmuş 12 barmaq bağırsaq xorasında əməliyyat önü dövrdə qanköçürməyə göstəriş sayılır:
A) Qan yaranmasını stimulə etmək vacibliyi

B) Hepatit.

C) İntoksikasiya

D) İmmunokorreksiyanın vacibliyi

E) Aşkar görsənən anemiya
Ədəbiyyat: М.И. Кузин. Хирургические болезни. «Медицина», Москва, 1995.
931) Piylənmədən əziyyət çəkən, əməliyyata məruz qalmış xəstədə daha çox hansı fəsadın baş verməsini gözləmək olar?
A) Elektrolitlər pozğunluğu

B) Arterial təzyiqin düşməsi

C) Ağ ciyər ağırlaşmaları (atelektazlar)

D) Piy toxumasında anestetiklərin kumulyasiyası

E) Piy emboliyası
Ədəbiyyat: И.А.Ерюхин, А.Е.Борисов, С.А.Шляпников. Хирургия в вопросах и ответах. «Питер», СПб, 1999
932) 4 gün əvvəl mədənin perforativ dəliyinin gözənməsindən sonra, ağ ciyərin emfizemasından əziyyət çəkən xəstədə spontan pnevmotoraks baş verib. Pnevmotoraksın ləğvi və plevral boşluğun drenləşdirilməsi üçün ən əlverişli sahə hansıdır?
A) Ön qoltuqaltı xətt üzrə IV qabırğaarası sahə

B) Orta körpücük xətti üzrə V qabırğaarası sahə

C) Orta körpücük xətti üzrə II qabırğaarası sahə

D) Ön aksilyar xətt üzrə VII qabırğaarası sahə

E) Arxa aksilyar xətt üzrə VIII qabırğaarası sahə
Ədəbiyyat: В.В.Кованов. Оперативная хирургия и топографическая анатомия. «Медицина», Москва, 1995.


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   315   316   317   318   319   320   321   322   323




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin