375) V.qastrica sinistra hara açılır?
A) V.qastrica dextra
B) V.cava inferior
C) V.portae
D) V.lienalis
E) V.qastroepiploica dextra
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 722.
376) Aşağıdakılardan hansı Leriş sindromunun əlaməti deyil?
A) Aşağı ətrafların soyuması
B) Dəri örtüyünün avazıması
C) Oturarkən sağrı nahiyyəsində ağrının olması
D) Aşağı ətrafların miqrasiya edici tromboflebiti
E) İmpotensiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 582.
377) Aşağıdakılardan hansı aşağı ətraf venalarının varikoz genəlməsinə səbəb olmaz?
A) Qəbizlik
B) Fiziki gərginlik
C) İrsi meyillik
D) Hamiləlik
E) Arteriyaların obliterasiya edici xəstəlikləri
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 566 səh.
Dostları ilə paylaş: |