378) Qida borusunun boyun hissəsi hansı arteriya ilə qidalanır?
A) a.pulmonale
B) a.inferior thyroidea
C) a.superior thyroidea
D) a.hemiazigoz
E) a.phrenica superior
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 590.
379) Aşağı ətrafın dərialtı venalarının varikoz genəlməsi üçün nə xarakterikdir?
A) qıcolmalar
B) ətrafın trofik dəyiçikliyi
C) distal ödem
D) fasiləli axsama
E) görünən böyümüş venalar
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 20 səh.
380) Aşağı ətraf arteryalarının obliterasiyaedici xəstəliklərində qeyri-cərrahi müalicə üsulları hansılardır?
A) risk faktorlarının aradan qaldırılması , məşqedici gəzinti
B) simpatik sinir sistemində əməliyyatlar
C) endarterektomiya
D) protezləşdirmə
E) şuntlama
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 608 səh.
381) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı hansı seqment daha çox zədələnir?
A) Qalça - bud seqmenti
B) Dizaltı seqmenti
C) Aorta - qalça seqmenti
D) Bud - dizaltı seqmenti
E) Qamış - pəncə seqmenti
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
382) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı mikrosirkulyasiyanın vəziyyətini qiymətləndirən klinik əhəmiyyətli göstərici hansıdır?
A) Rentgenkontrast angioqrafiyanın göstəriciləri
B) Dəridə oksigenin transkutan gərginliyinin göstəricisi
C) Valsalva sınağının göstəricisi
D) Baldır-bazu indeksinin göstəricisi
E) Tredmil-testin göstəricisi
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 554 səh.
383) Aşağı ətraf venaların varikoz genəlməsində trofik xoralar adətən harada lokalizə edir?
A) Baldırın ön səthində, orta 1/3-də
B) Baldırın ön səthində, yuxarı 1/3-də
C) Lateral topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də
D) Medial topuğun yuxarı hissəsində, baldırın aşağı 1/3-də
E) Baldırın arxa səthində, aşağı 1/3-də
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 652.
Dostları ilə paylaş: |