595) Süd vəzi xərçəngi ən çox harada yerləşir?
A) Aşağı - iç kvadrant
B) Yuxarı - içəri kvadrant
C) Yuxarı - tış kvadrant
D) Preareolar sahə
E) Aşağı - tış kvadrant
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 56.
596) Whiplle əməliyyatı hansı orqanın xərçəngi zamanı icra edilir?
A) Öd kisəsinin xərçəngi
B) Yoğun bağırsaq xərçəngi
C) Pankreas xərçəngi
D) Süd vəzi xərçəngi
E) Ağciyər xərçəngi
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 513.
597) Düz bağırsaq xərçəngi ən çox hansı orqana metaastaz verir?
A) Baş beyin
B) Ağciyər
C) Sümük
D) Böyrək
E) Qaraciyər
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр., 227.
598) Qida borusunun ən çox rast gəlinən bədxassəli şişi hansıdır?
A) Leyomiosarkoma
B) Yastı hüceyrədə xərçəng
C) Sarkoma
D) Kolloid xərçəng
E) Leyomioma
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 152.
Dostları ilə paylaş: |