32) Varikoz xəstəliyində cərrahi müalicənin radikallığı nədən asılıdır?
A) Bütün sadalananlardan
B) Oval çuxur nahiyyəsində bütün kollateralların işləməsindən
C) Fassiyaaltı və fassiyaüstü bütün perforant venaların bağlanması
D) Kollaterallar boyu bütün magistral varikoz damarların çıxarılması
E) Varikoz zədələnmiş kiçik dərialtı venaların çıxarılması
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
33) Flebektomiya əməliyyatı aşağıda sadalananlardan hansıdır?
A) Troyanov-Trendelenburq üsulu
B) Narat üsulu
C) Bebkokk üsulu
D) Kokett üsulu
E) Bütün sadalanan üsullar
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
34) Flebektomiya əməliyyatından sonra əhəmiyyətli nə sayılır?
A) Antibiotikoterapiya
B) Elastik bintdən istifadə edərək xəstənin tez aktivləşdirilməsi
C) Palçıq müalicəsi
D) Xəstənin tez aktivləşdirilməsi
E) Fizioterapiya
Ədəbiyyat: Ədəbiyyat: Бокерия Л. А., Гудкова Р. Г. Сердечно-сосудистая хирургия – 2007. Москва.
35) Göbək yırtığına görə əməliyyatdan sonra tez-tez rast gəlinən ağırlaşma hansıdır?
A) Tikişlərin aralanması
B) Piyliyin eventrasiyası
C) Yaranın əməliyyatdan sonrakı dövrdə irinləməsi
D) Residiv
E) Liqatura fistulu
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |