310) Diafraqmanın təsdiqlənmiş cırılması nəyə göstərişdir ?
A) Müayinə başa çatdıqdan sonra təcili əməliyyata göstərişdir
B) Dinamik müşahidəyə göstərişdir
C) Planlı əməliyyata göstərişdir
D) Yalnız ağırlaşma inkişaf edən hallarda əməliyyata göstərişdir
E) Həyati göstəriş üzrə təcili əməliyyata mütləq göstərişdir
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
311) Döşdaxili limfa düyünlərinin vərəmi hansı səbəblərdən inkişaf edir?
A) Tənəffüs orqanları vərəminin müstəqil formasıdır və əsas etibarilə uşaqlarda,yeniyetmələrdə və böyüklərdə (25 yaşa qədər) vərəmlə birincili yoluxma nəticəsində inkişaf edir
B) Vərəmin ağ ciyər formasına münasibətdə ikincilidir
C) Vərəmin ağ ciyərdən kənar formasıdır və vərəmlə birincili yoluxma nəticəsində istənilən yaşda inkişaf edə bilər
D) Ağ ciyərlərin disseminəolunmuş vərəminin ağırlaşmasıdır
E) Periferik limfa düyünlərinin vərəminin lokal təzahürüdür
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
312) Ağ ciyərin kavernoz vərəminin cərrahi müalicəsində seçim əməliyyat hansıdır?
A) Tipik seqmentar, biseqmentar və ya kombinəolunmuş rezeksiya
B) Atipik seqmentar rezeksiya
C) Kavernotomiya
D) Kavernoplastika
E) Lobektomiya
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
Dostları ilə paylaş: |