413) Su-elektrolit və zülal mübadiləsi pozğunluğu daha çox hansı hallarda olur?
A) Paralitik bağırsaq keçməməzliyində
B) Stranqulyasion bağırsaq keçməməzliyində
C) Bitişmə mənşəli bağırsaq keçməməzliyində
D) Obturasion bağırsaq keçməməzliyində
E) Spastik bağırsaq keçməməzliyində
Ədəbiyyat: Клиническая хирургия. Под ред. Р. Конзена и Л. Найхуса. М., 1998, 715 с.
414) Yüksək səviyyəli nazik bağırsaq keçməməzliyində kompleks müalicə tədbirləri hansı üsuldan başlanılmalıdır?
A) Cərrahi müdaxilə
B) Antixolinesteraz təsirli preparatların tətbiqi
C) İnfuzion terapiya
D) Nazoqastral zondlama
E) Antibiotikoterapiya
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
415) Bağırsaqların dolaşaraq düyün əmələ gətirməsi daha çox hansı bağırsaqlar arasında baş verir?
A) Kor və nazik bağırsaq
B) Enən çənbər və siqmaya bənzər bağırsaq
C) Siqmaya bənzər və nazik bağırsaq
D) Nazik bağırsaq ilgəkləri
E) Düz və nazik bağırsaq
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
Dostları ilə paylaş: |