516) Qudzal qaydası hansı patologiyada tətbiq edilir?
A) Anal fistullarda
B) Pankreonekrozlarda
C) Mədə və 12 barmaq bağırsaq xorasında
D) Öd yollarının patologiyalarında
E) Düz bağırsaq selikli qişasının sallanmasında
Ədəbiyyat: В.Л.Ривкин, А. С.Н.Бронштейн. Руководство по колопроктологии. Москва, «Медпрактика» , 2006, стр.,73.
Urologiya
517) Əvvəllər heç bir şikayəti olmayan 38 yaşında olan kişidə qəflətən sol bel nahiyəsindən qasığa yayılan kəskin ağrı və bununla yanaşı ürəkbulanma, tərləmə, tezləşmiş sidik ifrazının olması müşahidə edilir. Hansı diaqnoz ehtimal edilir?
A) Sol sidik axarının daşı
B) Herpes zoster
C) Retroperitonal qanaxma
D) S - vari bağırsağın divertikulu
E) Sol xayanın burulması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 349.
518) Böyrək ayaqcığı elementlərinin öndən arxaya doğru baxdıqda yerləməsini göstərin.
A) Vena, arteriya, sidik axarı
B) Sidik axarı, vena, arteriya
C) Arteriya, vena, sidik axarı
D) Vena, sidik axarı, arteriya
E) Arteriya, sidik axarı, vena
Ədəbiyyat: О.П.Большаков, Г.М.Семенов. Оперативная хирургия и топографическая анатомия. Санкт-Петербург, «Питер», 2004, стр., 689.
Dostları ilə paylaş: |