601) Klatskin şişi hansı nahiyə üçün xarakterikdir?
A) Hepatik bifurkasiya nahiyəsi
B) Qapı venası nahiyəsi
C) Aorta
D) Appendikulyar nahiyə
E) Periampulyar nahiyə
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 540.
602) Mədə xərçənginin proqnozuna təsir edən ən vacib faktor hansıdır?
A) Xəstənin qan qrupu
B) Xərçəngin növü
C) Xərçəngin mərhələsi
D) İcra edilən əməliyyatın növü
E) Xəstənin yaşı
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том стр., 589.
603) Süd vəzinin fibroadenoması zamanı hansı əməliyyat icra edilir?
A) Mastektomiya + limfadisseksiya
B) Peyti emeliyyatı
C) Mastektomiya
D) Sektoral rezeksiya
E) Süd vəzinin amputasiyası
Ədəbiyyat: B.A. Ağayev. Cərrahi xəstəlikləri. Bakı, “Azərbaycan nəşriyyatı”, 2008, səh., 55.
Dostları ilə paylaş: |