Bölmə 19. Qarışıq mövzular
607) Qaraciyərin yuxarı sərhəddi sağ orta qoltuqaltı xətt üzrə hara proyeksiya olunur?
A) 6-cı qabırğaarası sahəyə
B) 4-cü qabırğaarası sahəyə
C) 7-ci qabırğaya
D) 8-ci qabırğaya
E) 5-ci qabırğaya
Ədəbiyyat: Под ред.В.В,Кованова.Оперативная хирургия и топографическая анатомия.Москва,»Медицина»,1985,366 ст
608) Kəskin kəllə beyin travması və başlanan beyin ödemi olan xəstələrdə hansı preparatlar təyin edilməməlidir?
A) Qlükokortikoidlər
B) Albumin
C) Mannitol
D) Laziks
E) Kontrikal
Ədəbiyyat: В.В.Лебедев,В.В.Крылов.Неотложная нейрохирургия. Москва,2000,437 с.
609) Boynun adenofleqmonasına hansı səbəb olur?
A) Çənəaltı limfa vəzilərinin irinləməsi
B) Lüdviq anginası
C) Ağız suyu vəzilərinin irinləməsi
D) Qoltuqaltı limfa vəzilərinin irinləməsi
E) Döş-körpücük-məməyəbənzər əzələnin yuxarı hissəsinin irinləməsi
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
610) Ağız boşluğu dibinin fleqmonasının tipik klinik təzahürünə aşağıdakılardan hansı aiddir?
A) Qanadvari çənə büküşünün şişkinliyi
B) Trizm
C) Yanaq nahiyyəsinin şişkinliyi və hiperemiyası
D) Alt dodaq nahiyyəsində dərinin hiperemiyası
E) Alt-çənə-altı və mental nahiyyənin fleqmonası
Ədəbiyyat: Руководство по челюстно-лицевой хирургии и хирургичесkой стомотологии.А.А.Тимофеев.Москва,2002,317с.
Dostları ilə paylaş: |