881) Adenoma, xondroma, hamartoma ağciyərin hansı xəstəliklərinə aiddir?
A) xoşxassəli şişlərinə
B) ağciyərin qeyri-spesifik xəstəliklərinə
C) ağciyərin damar anevrizmaları
D) vərəmə
E) xərçəngönü xəstəliklərinə
Ədəbiyyat: Н.Н.Блохин, В.Е.Петерсон, Клиническая онкология. «Медицина», Москва, 1979.
882) Süd vəzisinin giləsinin eroziyası hansı xəstəlikdə müşahidə olunur?
A) fibroadenoma
B) kistozlu-fibroadenomatoz
C) sarkoma
D) pecet xərçəngi
E) mastit
Ədəbiyyat: Н.Н.Трапезников, В.П.Летягин, Д.А.Алиев. Лечение опухолей молочной железы. «Медицина», Москва, 1989.
883) Onkoloji markerlərdən hansı süd vəzisinin xərçənginin diagnostikasında ən yüksək spesifik əhəmiyyət daşıyır?
A) CA 15-3
B) CEA
C) AFP
D) CA 19-9
E) CA 125
Ədəbiyyat: А.С.Белохвостов, А.Г.Румянцев. Онкомаркеры. «Медицина», Москва, 2002.
Dostları ilə paylaş: |