150) Peritonun yataq çıxıntısının tam obliterasiyası nə vaxt başa çatır?
A) Doğulana qədər
B) Bətndaxili dövrün 28-32-ci həftəsinə qədər
C) 1 yaşa qədər
D) Doğuşdan dərhal sonra
E) 2-3 yaşa qədər
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
151) Toxum ciyəsi elementlərinin sistinin əmələ gəlməsinin ən çox ehtimal olunan səbəbi hansıdır?
A) Angiodisplaziya
B) Hormonal disbalans
C) Peritonun yataq çıxıntısının bitişməməsi
D) Spesifik proses
E) Sidik ifrazı sisteminin patologiyası
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
152) Toxum ciyəsi elementlərinin sistinin daha xarakterik əlaməti hansıdır?
A) Qasıq nahiyəsində hiperemiya
B) Xarici qasıq həlqəsinin genişlənməsi
C) Qasıq nahiyəsində ödem
D) Qasıq nahiyəsində xayadan dartarkən yerini dəyişən elastiki şişkinlik
E) Kəskin ağrının olması
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
153) 2 yaşlı xəstədə toxum ciyəsi elementlərinin sistinin müalicəsinə hansı daxildir?
A) Toxum ciyəsi elementlərinin punksiyası
B) Xaya qişalarının kəsilib çıxarılması
C) Qross əməliyyatı
D) Qişaların kəsilməsi
E) Vinkelman əməliyyatı
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
154) Uşaqlarda göbək yırtığının meydana çıxmasının ən çox ehtimal olunan səbəbinə hansı aiddir?
A) Portal hipertenziya
B) Göbək ciyəsi damarlarının inkişaf qüsurları
C) Göbək damarlarının iltihabı
D) Doğuş travması
E) Göbək həlqəsi aponevrozunun bitişməməsi
Ədəbiyyat: Ədəbiyyat:Исаков Ю.Ф. Абдоминальная хирургия у детей. М., 1996, 478 с.
Dostları ilə paylaş: |