224) Venoz sistemdə anatomo-morfoloji dəyişikliklərin dəqiq müəyyən edilməsi üçün hansı müayinə metodu “qızıl standart” hesab olunur?
A) Ultrasəs angioskanlama
B) Maqnit-rezonans tomoqrafiya
C) Rentgenkontrast fleboqrafiya
D) Ultrasəs dopplerqrafiya
E) Radioizotop flebossintiqrafiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 574 səh.
225) Angioqrafiya, intervenzion və cərrahi müdaxilələrdən sonra ən tez rast gəlinən ağırlaşmalara nə aiddir?
A) rekonstuksiya olunmuş arteriyanın restenozu
B) anastomozun stenozu
C) qanaxma və hematoma
D) rekonstruksiya olunmuş arteriya şuntunun trombozu
E) anastomozun yalançı anevrizması
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 612 səh.
226) Aortanın və aşağı ətraf arteriyaların obliterəedici xəstəlikləri zamanı makrosirkulyasiyanın vəziyyətini qiymətləndirən və “qızıl standart” hesab edilən instrumental müayinə üsulu hansıdır?
A) Lazer doppler fluometriya
B) Dəridə oksigenin transkutan gərginliyinin müəyyən edilməsi
C) Ultrasəs dopplerqrafiya
D) Kapilyarskopiya
E) Rentgenkontrast angioqrafiya
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 533.
Dostları ilə paylaş: |