229) Mədə çıxacağının stenozu olduqda orqanizimdə gedən və aşağıda göstərilən metabolik dəyişikliklərdən hansı daha çox ehtimal olunur?
A) Qara ciyərin funksional pozğunluqları
B) Arterial hipertenziya
C) Hiperqlikemiya
D) Xlorid turşusunun itirilməsi, su-duz balansı pozğunluqları
E) Böyrək çatmamazlığı
Ədəbiyyat: Ağayev B.A. Cərrahi xəstəlikləri. Bakı: Azərbaycan nəşriyyatı, 2000, 727 s.
230) Mədə çıxacağının stenozunda hansı aşağıda göstərilən müalicə metodunun seçilməsi düzgündür?
A) Başqa alternativ metodlar
B) Dərman müalicəsi
C) Cərrahi əməliyyat
D) Ambulator müalicə
E) Sanator-kurort müalicəsi
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
231) 28 yaşında xəstə 6 saat əvvəl epiqastral nahiyədə kəskin ağrıların baş verməsi ilə əlaqədar xəstəxanaya gətirilmişdir. Xəstəliyin klinik mənzərəsi və aparılmış müayinələr nəticəsində ilk anlardan xəstədə mədə və ya 12-barmaq bağırsaq xorasının sərbəst qarın boşluğuna perforasiyası diaqnozu qoyulmuşdur. Sizin sonrakı taktikanız?
A) Xəstənin imalə olunması
B) Xəstənin mədəsinə zondun salınması və su ilə yuyulması
C) Xəstənin planlı əməliyyata hazırlanması
D) Laparotomiya-radikal operasiya
E) 10 saatdan sonra təcili laparotamiya
Ədəbiyyat: Росс Е.С., Шулутко Б.И. Болезни органов пищеварения. СПб.: Ренко, 1998, 336 с.
Dostları ilə paylaş: |