494) Miokardın subendokardial infarktı nədir?
A) İnfarkt ocağı miokardın uzunluğu boyunca böyük sahəyə malik olur
B) İnfarkt endokardda yerləşir
C) İnfarkt endokarddan başladıqdan sonra epikarda doğru yayılır
D) İnfarkt ocağı miokardın ortasında yerləşir
E) İnfarkt ocağı endokardın altında, ona bitişik yerləşir
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
495) Ürəyin cırılması və tamponadası adətən miokardın hansı infarktı zamanı baş verir?
A) Transmural infarkt
B) Rektik (cırılma) infarkt
C) Subendokardial infarkt
D) Subepikardial infarkt
E) Tamponada infarktı
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |