599) Aşağıda göstərilən hansı pnevmokonioz karbokoniozlar qrupuna aiddir?
A) Silikatoz
B) Antrakoz
C) Silikoz
D) Alüminoz
E) Berillioz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
600) Krupoz pnevmoniya zamanı xarakter olaraq iltihabın hansı növü baş verir?
A) Fibrinoz proliferativ iltihab
B) Proliferativ iltihab
C) Fibrinoz ekssudativ iltihab
D) Qanqrenoz və ya nekrotik iltihab
E) Seroz-hemorragik iltihab
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
601) Ara pnevmoniya ağ ciyərin hansı hissəsində inkişaf edə bilər?
A) Alveollarda (ağ ciyərin parenximasında)
B) Bronxlarda
C) Bronxiollarda
D) Plevrada
E) Alveollararası arakəsmələrdə (ağ ciyərin stromasında)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
602) Bronxopnevmoniya başqa adla necə adlanır?
A) Kəskin bronxit pnevmonit komponenti ilə
B) Ocaqlı pnevmoniya
C) Qrippoz pnevmoniya
D) Ara pnevmoniya
E) Krupoz pnevmoniya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |