67) Distrofiya aşağıda göstərilən hansı patologiyalar qrupuna aid edilir?
A) Alterasiya
B) Kompensator-mühafizə prosesləri
C) Nekroz
D) Qan dövranı pozğunluqları
E) İltihab
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
68) “Üzüyəbənzər hüceyrə” nəyə deyilir?
A) Üzük formasında olan epitel hüceyrəsinə
B) Sitoplazmasında çoxlu qlikogen dənələri olan hüceyrələrə
C) Patologiya nəticəsində sitoplazmasında böyük piy damlası meydana çıxmış hüceyrəyə
D) Talassemiya xəstəliyi zamanı oraqvari şəkil almış eritrositlərə
E) Qara ciyər hüceyrələrinə
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
69) Lipidlərin parenximatoz hüceyrələrin sitoplazmalarında toplanması patologiyası necə adlanır?
A) Hialinoz
B) Piylənmə
C) Apoptoz
D) Steatoz
E) Kaxeksiya
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |