941) Bu göstərilənlərdən hansına vərəm qranulomasının tərkibində rast gəlinmir?
A) Epitelioid hüceyrələr
B) Retikulin lifləri
C) Limfositlər
D) Divarlarında vaskulit əlamətləri olan damarlar
E) Kazeoz nekroz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
942) Aşağıda göstərilən hansı struktur elementə vərəm qranulomasının tərkibində rast gəlinir?
A) Epitelioid hüceyrələr
B) Bunların hamısı vərəm qranulomasında olur
C) Kazeoz nekroz
D) Tuberkulin
E) Makrofaqlar
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
943) Ağ ciyərin vərəmi olan xəstənin meyitində ağ ciyərdə kəsik səthində hər birinin diametri təxminən 1-2 mm, mərkəzlərində ağımtıl rəngli kəsmiyəbənzər kütlələr olan çoxlu miqdarda ağımtıl-boz rəngli xırda ölçülü ocaqlar qeyd edilir. Belə vərəm necə adlanır?
A) Səpələnmiş vərəm
B) Petexial (nöqtəvari) vərəm
C) Qranulomatoz vərəm
D) Miliar vərəm
E) Fibroz-kavernoz vərəm
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
944) Xroniki ilkin vərəm xəstəsində remissiya dövründə müxtəlif üzv və toxumalarda revmatik xəstəlikləri xatırladan toksiko-allergik mənşəli paraspesifik dəyişikliklər rast gəlinə bilir (xüsusi birləşdirici toxumalarda və perivaskulyar sahələrdə qranulomatoz hüceyrə reaksiyaları, damarlarda fibrinoid nekroz əlamətləri, limfoid toxumalarda hiperplaziya, disproteinozlar və sair). Bərəm xəstəliyi üçün heç də spesifik olmayan bu dəyişikliklərə nə deyilir?
A) İkincili və ya qazanılmış revmatizm (ilkin vərəm xəstələrində ikincili olaraq revmatizmin inkişafı)
B) Paraspesifik Aşof-Talalayev qranulomaları
C) Ponse revmatizmi
D) Revmatoid dəyişikliklər
E) Sokolovski-Buyo xəstəliyi (və ya paraspesifik kompleks)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003
Dostları ilə paylaş: |