575) Revmatoidli artritin üçüncü mərhələsində nə baş verir?
A) Əhəngləşmə
B) Qranulyasiya toxumasının inkişafı
C) Fibroz-sümük ankilozu
D) Xovlarda fibrinoid şişmə
E) Artrit
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Ağciyər xəstəlikləri
576) Ocaqlı pnevmoniya zamanı ağ ciyər toxumasında mikroskopik olaraq hansı dəyişiklik görünür?
A) Bəzi yerlərdə ağ ciyər toxumasının stromasında iltihabi hüceyrələr qarışıqlı seroz ekssudat mayesi
B) Ağ ciyər toxumasının stromasında çoxlu miqdarda qara rəngli kömür piqmentinin və qəhvəyi rəngli hemosiderin piqmentinin toplantıları
C) Ağ ciyərin bütov bir payında bütün alveol və bronxların mənfəzi ekssudatla dolmuşlar
D) Bəzi xırda bronx və ya bronxiolların mənfəzində və divarında, həmçinin onu əhatə edən alveolların mənfəzində seroz-leykositar iltihabi ekssudat
E) Doluqanlılıq, bütün alveolların mənfəzlərində çoxlu miqdarda sərbəst yerləşmiş eritrosit kütlələri, çəhrayı homogen maye, fibrin telləri və az miqdarda da leykositlər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
577) Xəstənin bəlğəmində Şarko-Leyden kristallarının aşkar edilməsi daha çox hansı xəstəliyə işarədir?
A) Bronxial astma
B) Xroniki bronxit
C) İkincili vərəm
D) Pnevmokonioz (xüsusilə də silikoz)
E) Sarkoidoz
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
578) Aşağıda göstərilən hansı patoloji proses interstitsial pnevmoniyaların bir formasıdır?
A) Pnevmonik forma
B) Deskvamativ forma
C) Alveollararası interstitsial pnevmoniya
D) Alveolyar interstitsial pnevmoniya
E) Kataral forma
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |