963) Septiki endokardit zamanı adətən ürəyin hansı hissəsi zədələnir?
A) Perikard
B) Ürəyin sinir kələfi
C) Aortal aypara qapaqlar
D) İkitaylı mitral qapaq
E) Parietal endokard (xüsusilə də sol mədəcikdə)
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
964) Aşağıda sepsisin hansı klinik-morfoloji forması göstərilmişdir?
A) Odontogen sepsis
B) Sepsisemiya
C) Otogen sepsis
D) Reparativ sepsis
E) Hipertrofik sepsis
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
965) Sepsis zamanı baş verən bütün morfoloji dəyişikliklər 2 qrupa bölünür. Aşağıda onlardan hansı göstərilmişdir?
A) Kəskin morfoloji dəyişikliklər
B) Virus mənşəli dəyişikliklər
C) Yerli morfoloji dəyişikliklər
D) İmmun mexanizmli dəyişikliklər
E) Qazanılmış morfoloji dəyişikliklər
Ədəbiyyat: Ədalət Həsənov. Patoloji anatomiya. Bakı, 2003.
Dostları ilə paylaş: |