Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 351. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması



Yüklə 329,99 Kb.
səhifə241/392
tarix26.12.2016
ölçüsü329,99 Kb.
#3707
1   ...   237   238   239   240   241   242   243   244   ...   392
Maddə 351. Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması zamanı yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması

 

Avtomobil yollarının saxlanılması, qorunması və abadlaşdırılması qaydalarının pozulmasına, yaxud avtomobil yollarında təhlükəsiz hərəkət şəraitinin yaradılmamasına görə-



vəzifəli şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min iki yüz manatadək məbləğdə cərimə edilir.

 

Maddə 352. Avtomobil yollarında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi qaydalarının pozulması

 

352.0. Avtomobil yollarında, prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulmasına, yəni:



352.0.1. örtüyü təkmilləşdirilmiş yollarda avtomobil yollarını korlayan konstruksiya elementləri olan, tırtıllı, yaxud metal tikanlı şinləri olan nəqliyyat vasitələrinin hərəkətinə, həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən karxana avtomobillərinə aid edilmiş avtonəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları ilə yüklə hərəkətinə;

352.0.2. yolların və ya yol qurğularının kənar predmetlərlə zibillənməsinə, yaxud tutulmasına, yolda kənd təsərrüfatı məhsullarının qurudulmasına, zibil və qar yığınlarının yaradılmasına;

352.0.3. yolların hərəkət hissəsinə yanacaq-sürtkü materialları, kimyəvi maddələr, bitum və beton axıdılmasına, habelə daş, çınqıl, qum və ot tökülməsinə, yolu və təhkim zolağını zibilləyə bilən materialların və yüklərin müvafiq qaydada qablaşdırılmadan aparılmasına;

352.0.4. avtomobil yollarının körpü keçidlərində çayın məcrası boyu körpüdən hər tərəfə bir kilometr məsafədə yol fəaliyyətinə aid olmayan tikinti işlərinin aparılmasına, habelə torpaq və çınqıl kütləsinin götürülməsinə;

352.0.5. xüsusi olaraq buna uyğunlaşdırılmamış körpülərin altından taxta-şalban axıdılmasına;

352.0.6. avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılmasına, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qara aparılmasına, habelə avtomobil yollarının sahiblərinin razılığı olmadan müəyyən edilən yerlərdən kənar avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinə;

352.0.7. üzən nəqliyyat vasitələrinin körpü dayaqlarına yan almasına, körpülərin altında qayıq stansiyalarının, digər qurğuların yerləşdirilməsinə;

352.0.8. avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istisna olunmaqla, torpağın şumlanmasına, çimin çıxarılmasına və qruntun götürülməsinə, oradakı otların biçilməsinə;

352.0.9. kütləvi istirahət yerlərinin təşkil edilməsinə;

352.0.10. suvarma, sənaye, çirkab və kanalizasiya sularının avtomobil yoluna və yağış sularının avtomobil yolundan kənarlaşdırılması üçün tikilmiş kanalizasiya sisteminə, suyu kənara axıdan qurğulara və yolboyu torpaq sahəsinə axıdılmasına, avtomobil yollarının təhkim və qorunma (mühafizə) zolaqlarının, yol örtüyünün çirkləndirilməsinə;

352.0.11. sərnişin daşımalarının marşrutlarının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmamasına;

352.0.12. iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yolları və yaşayış məntəqələrinin küçələri ilə xüsusi icazə olmadan və (və ya) xüsusi icazənin tələbləri pozulmaqla, müəyyən edilmiş hallarda müşayiət və ya mühafizə avtomobili olmadan hərəkət etməsinə görə —

fiziki şəxslər otuz manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

 

 Maddə 353. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması



353.1. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit parametrlərinə dair tələbləri pozmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -

fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir.

353.2. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə -

fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir.

353.3. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsinə görə -

vəzifəli şəxslər min dörd yüz manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

353.4. Bu Məcəllənin 353.1-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

fiziki şəxslər dörd yüz manat məbləğində cərimə edilir.

353.5. Bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir.

353.6. Bu Məcəllənin 353.3-cü maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -

vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. [23]

 


Yüklə 329,99 Kb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   392




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin