Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması



Yüklə 329,99 Kb.
səhifə160/392
tarix26.12.2016
ölçüsü329,99 Kb.
#3707
1   ...   156   157   158   159   160   161   162   163   ...   392
Maddə 226. Dopinq nəzarəti qaydalarının pozulması

 

Bədən tərbiyəsi-idman təşkilatları, idmançılar, məşqçilər, həkimlər və digər mütəxəssislər tərəfindən dopinq nəzarəti qaydalarının pozulmasına görə -



yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.

 

FƏSİL 24



 

Mülkiyyət əleyhinə olan inzibati xətalar

 

Maddə 227. Xırda talama

 

Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -



iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isəiki ayadək müddətə inzibati həbs tətbiq edilir.[18]

Qeyd: Talanmış əmlakın dəyəri yüz manatdan yuxarı olmadıqda, bu, xırda talama hesab edilir.[19]

 

Maddə 227-1. Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə əmlak ziyanı vurma[20]



 

Aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə mülkiyyətçinin və ya sair sahibin əmlakına talama əlamətləri olmadan az miqdarda ziyan vurma –

beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd:

Bu maddədə “az miqdarda” dedikdə, üç min manatdan yuxarı olmayan məbləğ başa düşülür.

 


Yüklə 329,99 Kb.

Dostları ilə paylaş:
1   ...   156   157   158   159   160   161   162   163   ...   392




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin