Ümumi hissə I böLMƏ Ümumi müddəalar


Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya



Yüklə 329,99 Kb.
səhifə278/392
tarix26.12.2016
ölçüsü329,99 Kb.
#3707
1   ...   274   275   276   277   278   279   280   281   ...   392
Maddə 419. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya

 

Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiyaya görə-



inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.[46]

Qeyd: Bu Məcəllənin 419-cu maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.[47]

 

Maddə 420. İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə

 

İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa şəxsi niyyətlə qanunsuz olaraq istifadə edilməsi və ya əqdlərin bağlanması üçün üçüncü şəxslərə verilməsi, az miqdarda ziyan vurmaqla və ya az miqdarda gəlir əldə etməklə törədildikdə-



inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.[48]

Qeyd:

1. Bu maddədə “insayder” dedikdə, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər başa düşülür.

2. Bu maddədə “az miqdarda” dedikdə, yüz min manatdan yuxarı olmayan məbləğ başa düşülür.[49]

 

 Maddə 421. Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən hesabatın və ya məlumatların verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumatın verilməsi[50]



 

Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə -

vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. [51]

 


Yüklə 329,99 Kb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   392




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin