Əzələ distrofiyaları. Distrofiyalar zamanı ə zələ toxumasında fizioloji regenerasiya prosesləri pozulur. Bu zaman distrofin sintezi çox azalır, bu da distrofin-distroqlikan komplekslərinin azalmasına və sitoskeletin hüceyrəarası matrikslə ə laqələrinin pozulmasına gətirib çıxarır. Əzələ lifləri struktur tamlığını itirir, məhv olur, əzələ toxuması piy toxuması ilə əvəz olunur.
Skelet əzələ toxumasında reparativ regenerasiya zədələnmədən sonra baş verir, embrional miogenezdə olduğu kimi gedir. Miosatellit hüceyrələri bölünüb çoxalır, sonrakı diferensasiya mərhələlərində miosimplastı əmələ gətirirlər.
Dostları ilə paylaş: |