Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə108/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   104   105   106   107   108   109   110   111   ...   128
2 5379791321034655986

SİNİR TOXUMASI (TEXTUS NERVOSUS)
Sinir toxuması orqanizmin ən yüksək ixtisas dərəcəsinə çatmış toxuması olub spesifik oyanmaq, oyanmanı sinir impulsuna çevirmək və bu impulsu nəql etmək qabiliyyətinə malik olması ilə başqa toxumalardan fə rqlənir. Sinir toxuması sinir sisteminin quruluş əsasını təşkil edir. Sinir sistemi orqanizmin əsas inteqrativ sistemi olub onun vəhdətliyini təmin edir (inteqrativ funksiya), yəni orqanizmin bütün orqan və toxumalarını vahid sistemdə birləşdirir, onların arasında qarşılıqlı əlaqə yaradır (korrelyativ funksiya), orqanizmi onu əhatə edən mühitlə əlaqələndirir və onu xarici mühitin dəyişən şəraitinə daima uyğunlaşdırır (adaptasiya funksiyası), eyni zamanda orqanizmin bütün orqan və sistemlərinin fəaliyyətini tənzim edir (requlyator funksiya) və onların işini koordinasiya edir (koordinasion funksiya).

Sinir toxuması sinir hüceyrələrindən və qliya, ya da neyroqliya adlanan elementlərdən ibarətdir [1, s. 152, şək. 17.4]. Sinir hüceyrələri toxumanın spesifik funksiyalar ını icra edir, neyroqliya isə sinir hüceyrələri ilə sıx rabitədə olub, onlar üçün istinad, trofik, mühafizə və ayırıcı fəaliyyət görür.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin