Sinir hüceyrəsinin daxili quruluşu
Sinir hüceyrəsi cismində neyroplazma (perikarion), nüvə, ümumi və spesifik orqanellər ayırd edilir [1, s. 155, şək. 17.6]. İnsanın sinir hüceyr əsində adətən bir nüvə olur, çox nadir hallarda isə iki və hətta çox nüvəyə rast gəlmək olur. Çoxnüvəli sinir hüceyrələri (vegetativ sinir hüceyrə ləri) vegetativ sinir sisteminin bəzi nahiyələrində, məsələn, intramural sinir qanqlionlarında (uşaqlıq boynunda, prostat vəzində və s.) müşahidə olunur. Həmin yerlərdə hüceyrə nüvələrinin sayı bəzən 15-ə qədər çata bilir. Nüvə çox vaxt girdə olub, qovuqcuğa bənzəyir və hüceyr ənin mərkə zində yerləşir, ekssentrik və ziyyətdə olan nüvəyə az təsadüf olunur. Xromatin az olduğundan nüvə aç ıq boyanır və onun içərisində nüvəcik aydın nə zərə çarpır. Nüvəcik adə tən iri və bir ədəd olur, bəzən iki ya üç nüvəciyə də təsadüf edilir. Nüvəcik RNT ilə zəngindir. Nüvə və nüvəciyin böyüklüyü neyronun funksional halından asılıdır; fəallıq artdıqca onlar böyüyür, nüvəcik miqdarca çoxala bilir.
Elektron mikroskopu vasitəsil əsinir hüceyrəsi nüvəsinin ətrafında tipik iki zar aşkar edilmişdir, həmin zarların arasındakı məsafə 20 nm-ə bərabərdir. Nüvə zarı üzərində dəliklər vardır.
Sinir hüceyrəsinin sitoplazmatik maddəsi, və ya neyroplazma onun həm cismində, həm də çıxıntılarında paylanmı şdır; hüceyrə cismində o perikarion (pericaryon) adlanır, aksonun plazmasına aksoplazma, dendritdə isə ona dendroplazma deyilir. Neyroplazmada ümumi xarakterli orqanellərdən (lövhəli kompleks, mitoxondrilər, hüceyrə mərkəzi, sitoplazmatik top, ribosomlar) əlavə spesifik orqanellə r də (bazofil maddə və neyrofibrillər) vardır; həm də onlar neyroplazmanın müxtəlif yerlərində miqdarca və quruluşca fərqlənir.
Lövhəli kompleks sinir hüceyrələrində çox yaxşı nəzərə çarpır və heç də təsadüfi deyildir ki, o ilk dəfə Holci tərə fində n 1989-cu ildə məhz bu hüceyrələrdə kəşf olunmuşdur. İşıq mikroskopunda lövhəli kompleks bəzi sinir hüceyr ələrində nüvə ətrafında yerləşən səbətə bənzəyir, digər hüceyrələrdə, o ayrı-ayrı hüceyrələrə bölünə rək neyroplazmanın demək olar ki, bütün hissəsini (periferik hissədən başqa) tutur. Bəzi müəlliflərin fikrincə lövhəli kompleksin hissələrə bölünməsi hüceyrənin zədələnməsinin nəticəsidir.
Neyroplazmada mitoxondrul ər çoxdur, onlar həm perikarionda, həm də akson və dendroplazmada təsadüf olunur. Akson əsasında və sinir çıxıntılarının uclarında, xüsusuiə, neyronarası sinapslar nahiyəsində mitoxondrlar daha çox olur. İşıq mikroskopunda bunlar dənələr, saplar və çöplər şəklində görünür.
Hüceyr ə mərkəzi sinir sisteminin demək olar ki, hər yerində perikarionda müşahidə edilmişdir. Əvvəllər bu orqanel yalnız bəzi neyronlarda, o cümlədən beyinciyin bir sıra hüceyrələrində aşkar edilmişdi; beyin qabığında, habelə onurğa beyni hüceyrələ rində hüceyrə mərkəzinin olmadığı zənn edilirdi. Hal-hazırkı dövürdə bu fikir özünü doğrultmamışdır. İnkişaf etməkdə olan sinir hüceyrələrində hüceyrə mərkəzi adətən neyritin meydana çıxdığı nahiyədə yerləşir. Definitiv sinir hüceyrələrində isə buna dendritlərlə nüvə arasında təsadüf olunur, həm də onlar nüvəyə daha yaxın olur.
Sitoplazmatik tor iki konturlu dənəli zarlardan təşkil olunmuş sisternlər, qovuqcuqlar və kanalcıqlar sistemində n ibarət olub, bir-biri ilə rabitəlidir. Bu strukturların diametri sitoplazmatik torun ayrı-ayrı yerlərində müxtəlif olub 30-20 nm arasında tərəddüd edilir. Onurğa beyni neyronlarinda kanalcıqlar və sisternlər müəyyən nizamla düzülmüşdür, digər neyronlarda isə bunlar nisbətən pərakəndə yerləşir. Hüceyrənin fizioloji halından asılı olaraq sitoplazmatik torun forması və lokalizasiyası dəyişir. Sinir hüceyrələrinin hamısı ribosomlarla zəngindir. Onlar dənələr şəklində olub, diametrlə ri 15-35 nm-ə bərabərdir. Ribosomlarda çoxlu miqdarda RNT və onunla bağlı əsas zülallar vardır. Diferensiasiya etməmiş sinir hüceyrələrində, yəni neyroblastlarda ribosomların çoxu sərbəst halda olur, bunlar ya tək-tək, ya da kiçik qruplarla (poliribosomlar şəklində) yerləşir. Yetişmiş sinir hüceyrələrində isə ribosomların xeyli hissəsi sərbəst deyil, dənəli sitoplazmatik torun tərkibinə daxildir.
Dostları ilə paylaş: |