NEYROSEKRETOR HÜCEYRƏLƏR Neyrosektor hüceyrə, və ya sekretor neyrosit (neurocytus secretorius) sekretor fəaliyyət ə malik sinir hüceyrəsinə deyilir. Onlar nisbətən böyük multipoliyar sinir hüceyrələridir, perikarionda bazofil maddənin miqdarı azdı r və onlar adətən, periferik hissədə yerləşir. Nüvələ ri çox vaxt qeyri düzgün formaya malik olur ki, bu da onların yüksək funksional fəallığını göstərir. Perikarionda və neyritdə müxtəlif ölçülü sekret dənələrinə təsadüf olunur. Bunlar zülaldan, lipoidlərdən və polisaxaridlərdə n təşkil olunur. Neyrosekret dənələri spirtdə və suda həll olmur. Neyrosekretor hüceyrələr hipotalamusun (görmə qabaraltının) başlıca olaraq iki nüvəsində – görməüstü və mədəcikyanı nüvələrdə olur. Burada hasil olan neyrosekret neyritlər vasitəsi il ə hipofizin arxa payı na və boz qabar nahiyyəsinə çataraq, orada kapilyarlara ifraz olunur, həmin sekretlərin tərkibində antidiuretik hormon, oksitosin və vazopressin müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, hipotalamusun ventromedial, dorsomedial və arkuat nüvələrində də kicik neyrosekretor hüceyrələr yerləşirlər. Bu hüceyrələr tərəfindən liberin və statinlər sintez olunurlar.