Ümumi histologiya


Skelet əzələ toxumasının qan təchizatı



Yüklə 1,33 Mb.
səhifə96/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   92   93   94   95   96   97   98   99   ...   128
2 5379791321034655986

Skelet əzələ toxumasının qan təchizatı
Skelet əzələ toxumasına daxil olan arteriyalar birləşdirici toxuma arakəsmələri ilə daxilə doğru keçir (epimiz, perimiz), şaxələnir, bir-biri ilə çoxlu sayda anastomozlar əmələ gətirirlər. Endomizdə olan nazik kapilyarlar sıx tor əmələ gətirirlər. Təqəllüs zamanı əzələlərin kapillyarları spiralşəkilli burulur. Ümumiyyətlə, əzələlər yüksək dərəcədə vaskulyarizasiya olunan toxumadır. Bir əzələ lifinə orta hesabla 3-4 kapillyar düşür.
Skelet əzələ toxumasının innervasiyası
Skelet əzələl əri efferent (hərəki) və afferent (hissi) innervasiyaya malikdir. Hə rəki sinirlər (efferent innervasiya) əzələ lifləri ilə ixtisaslaşmış sinir-əzələ sinapsları ə mələ gətirirlər. Bu isə oyanmanın sinir uclarından əz ələ lifinə ötürülməsini təmin edir. Bir motoneyron müxtəlif sayda əzələ lifini innervasiya edə bilər. Bir motoneyronla innervasiya olunan əzələ lifləri birlikdə sinir-əzə lə vahidi və ya hərəki vahid adlanır. Adətən bir sinir-əzələ vahidinə aid olan əzələ lifləri digərləri arasında mozaik yerləşir.
Sinir-əzələ vahidində olan əzələ liflərinin sayı müxtəlif olur. Daha dəqiq və zərif hər əkətləri yerinə yetirən kiçik əz ələlərdə hərəki vahidə düşən əz ələ liflərinin sayı az olur. Məs.: insanın göz əzəl ələrində 1 hərəki vahiddə 2-6-dan 20-yə qədər, falanqa əzə lələrində 15-20-dən 100-300-dək əzələ lifi ola bilər. Gövdə əzələlərində isə əzələ liflərinin sayı 1 hərəki vahiddə 1500-2000 ola bilir.

Afferent innervasiya sinir-əzələ iyl əri vasitə si ilə təmin olunur. Hissi sinir ucları skelet əzələsində şaxələnərək kapsulalı sinir ucları əmələ gətirərək intrafuzal əzələ liflərini əhatə edirlər. Sinir-əzələ iyi əzələ liflərinin gərilmə reseptorlarıdır.

Skelet əzələl ərinin struktur-funksional təşkilinin pozğunluqları bir sıra xəstəliklər şəklində təzahür edir. Skelet- əzələ sistemi pozğunluqları klinik əhəmiyyətinə gör ə 2 qrupa bölürlə r: birinci qrup xəstəliklərdə (əsasən irsi xarakter daşıyır) birincili olaraq əzələ liflərinin struktur və funksional pozğunluqları əsas yer tutur (məs.: Dyüşen distrofiyası). İkinci qrup xəstəliklərdə əzələ liflərinin innervasiya pozğunluqları baş verir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin