Ümumi histologiya


EPİTEL TOXUMALARININ NÖVLƏRİ. BİRQATLI EPİTEL



Yüklə 1,33 Mb.
səhifə20/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   16   17   18   19   20   21   22   23   ...   128
2 5379791321034655986

EPİTEL TOXUMALARININ NÖVLƏRİ. BİRQATLI EPİTEL
(EPİTHELİUM UNİSTRSİFİCATUM)
Qeyd olunduğu kimi, birqatlı (təkqatlı ) epitel birsıralı və çoxsıralı olur. Birqatlı birsıralı epitel hüceyrələrinin formalarına görə birqatlı yastı, kubabənzər və silindrik (prizmatik) epitelə bölünür.

Birqatlı yastı epitelin tipik nümayəndəsi mezoteldir [1, s. 87, şək. 11.1].

Bu epitel seroz qişaların – plevranın, perikardın və peritonun azad səthlərini örtür və çox vaxt yastı epitel hüceyrələrindən təşkil olunur. Həmin hüceyrələr mezodermanın ventral hissəsindən inki şaf etdiyindən mezotel adlanı r. Mezotel seroz qişaların səthini hamar və daima nəm saxlayır, bununla o, müvafiq orqanların rahat hərəkəti üçün yaxşı şərait yaradır və həmin orqanların ətraf törəmələrlə bitişməsinə imkan vermir. Bəzi nahiyəl ərdə, mə sələn, qaraciyəri və dalağı örtən peritonda mezotel hüceyrələri formasını dəyişib kubabənzər şəkil ala bilər. Mezotelin digər yastı epitellərdən fərqi ondadır ki, o xarici mühitlə bilavasitə rabitəsini itirmişdir. Bunun nəticəsində mezotel hüceyrələri polyarlıq xüsusiyyətinə malik deyil.

Bütöv lövhəli preparatlarda mezotel hüceyrələri poliqonal (çoxbucaqlı ) şəkildə olur, gümüşlənmiş preparatlarda bunların kənarları girintili-çıxınt ılı olur. Mezotel hüceyrələri bir, iki və bəzən üçnüvəli şəkildə təsadüf olunur. Sonuncular amitozun və ya bitməmiş mitozun nəticəsidir.

Elektron mikroskopu ilə mezotelin azad səthində submikroskopik xovların olduğunu müəyyən edilmişdir. İltihab prosesinə uğradıqda mezotel hüceyrələri bəzən əsas zardan qopur və nəticədə həmin yerlərdə stomata adlanan dəliklər əmələ gəlir.

Birqatlı kubabənzər epitel qaraciyərin, mədəaltı vəzinin kiçik axacaqlarını, ağciyərdə kiçik bronxları, habelə böyrəkdə sidik kanalcıqlarını daxildən örtür. Bunlardan böyrək epiteli mənşəcə mezodermal, qalan orqanların epiteli isə entodermal epiteldir. Bu hüceyrələrin eni və hündürlüyü, adətən eyni ölçüdə olur və nüvə sitoplazmanın mə rkəzində yerləş ir. Bəzən kubabənzər epitelin sərbəst səthində (məs.: kiçik bronxlarda) ehtizazlı kirpiklərə təsadüf olunur.

Birqatlı silindrik və ya prizmatik epitel hüceyrələrinin hamısı bir formada olduğundan bunların nüvələri eyni səviyyədə, yəni bir sırada yerləş ir. Əsas zar üzərində yerləşən bu epitel hüceyrələrinin hündürlüyü enindən çoxdur. Birqatli silindrik epitel mədənin, bağırsaqların, ödlüyün, qaraciyər və mədəaltı vəzi axacaqlarının, uş aqlıq borularının və bəzi böyrək kanalcıqlarının daxili sə thini örtür. Bəzi yerlərdə (məs.: bağırsaqlarda) silindrik epiteldə, habelə qədəhəbənzər hüceyrələrə də təsadüf olunur. Qədəhəbənzə r hüceyrə lər birhüceyrəli vəzilərdə ndir və epitelin üzərinə selik ifraz edir. Bu sekret epiteli mexaniki və kimyəvi zədələnmədən qoruyur. Sorulma prosesi güclü olan yerlərdə epitelin sərbəst səthində xüsusi sorucu haşiyəyə və ya dəriciyə təsadüf olunur. Belə epitelə birqatlı silindrik haşiyəli epitel deyilir. Uşaqlığı və ya uşaqlıq borularını örtən silindrik epitelin sərbəst səthində ehtizazlı kirpiklərə təsadüf olunur. Mədə nin daxili səthini örtən silindrik epitel hüceyrələri sekretor fəaliyyətə malik olduğundan bu epitelə birqatlı silindrik vəzi (sekretor) epiteli deyilir. Beləliklə, birqatlı silindrik epiteli haşiyəli, ehtizazlı və vəzi epitelinə bölmək olar. Bu epitel də kubabənzər epitel kimi entodermadan və mezodermadan inkişaf edir. Sonunculara uşaqlıq, uşaqlıq borusu və böyrəyin yığıcı borucuqlarının epiteli aiddir. Qeyd olunan orqanların digərlərində isə (mədə də, bağırsaqlarda, ödlükdə, habelə qaraciyər və mədəaltı vəzi axacaqlarında) epitel entodermal mənşəyə malikdir.

Çoxs ıralı epitel birqatlı epitelin bir növüdür. Əsas zar üzərində yerləşə n hüceyrələr eyni formaya və böyüklüyə malik olmadığı ndan bunların tünd boyanan nüvələri preparatda bir neçə s ıra (adətən 3 sıra) əmələ gətirir. Bu epitelin sərbəst səthində ehtizazlı kirpiklərə təsadüf olunur, ona görə belə epitelə ehtizazlı epitel də deyilir. Çoxsı ralı ehtizazl ı epiteldə üç tip hüceyrə ayırd etmək olar: ehtizazlı hüceyrələr, qısa ara hüceyrələ r və uzun ara hüceyrələr. Ehtizazlı hüceyrələr bu epitelin başlıca hüceyrələri olub tipik formaya malikdir. Onların əsas zara təmas edən proksimal ucları dardır, distal ucları isə əksinə geniş olub


11

üzərində çoxlu (250-ə qə dər) kirpiklər olur. Nüvə hüceyrələrin distal hissəsində olduğundan əsas zardan xeyli aralı yerləşir. Bu hüceyrələrin geniş distal hissələri yanlardan bir-birinə təmas edərək üzəri kirpiklərlə örtülmüş ümumi ehtizazlı səth əmələ gətirir. Qısa ara hüceyrələrin əsas zara təmas edən proksimal ucları genişdir və burada onların nüvəsi yerləşir. Beləliklə, bu hüceyrələrin nüvələri əsas zara çox yaxın olur. Qısa ara hüceyrələrin distal ucları isə epitelin sərbəst sə thindən xeyli aralı ehtizazlı hüceyrələrin distal ucları arası nda qurtarır. Bu hüceyrələr bazal hüceyrələr də adlandırılırlar, mitotik aktivliyə malik olub kambial hüceyrə rolunu oynayırlar. Uzun ara hüceyrələr şə kilcə çox vaxt qı sa ara hüceyrələrə bənzəyir, lakin onlardan xeyli hündür olur. Bəzən bu hüceyrələr iy şəklində olur və nazik distal ucları demək olar ki, epitelin sərbəst səthinə çatır. Bu hüceyrələrin nüvəsi orta səviyyədə (ikinci sırada) yerləşir.

Ehtizazlı çoxsıralı epitelə tənəffüs yollarında, cinsiyyət aparatı nın bəzi yerlərində təsadüf olunur. Tənəffüs yolları nı örtən ehtizazlı epiteldə həmişə selik ifraz edən qədəhəbənzər hüceyrələrə də rast gəlmə k olur. Bu hüceyrələr topoqrafik olaraq ehtizazlı hüceyrələr kimi yerləşir və nüvələri çox vaxt ikinci sırada olur. Çoxsıralı ehtizazlı epitelin əsas fəaliyyət göstərən hüceyrələri ehtizazlı hüceyrələrdir; qısa ara hüceyrələr isə əksinə vəzifə cəhətdən az diferensiasiya etmişdir, epitelin regenerasiyasını təmin edirlər. Tənəffüs orqanlarının birqatlı ehtizazlı epiteli rüşeymin ön bağırsaq epitelindən, cinsiyyət sisteminin eyni epiteli isə mezodermadan inkişaf edir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin