QANIN YAŞ DƏ YİŞİKLİKLƏRİ Eritrositlərin miqdarı doğuş anında və həyatın ilk saatlarında, yaşlı adamlara nisbətən yüksək olur, 6,0-7,0xl012-ə çatır, 10-14-cü sutkalarda isə yaşlı orqanizmdəki qədər olur. Sonrakı 3-6 ay müddətində
eritrositlərin miqdarı minimuma enir (fizioloji anemiya). Cinsi yetişkənlik dövründə eritrositlərin miqdarı yaşlı orqanizmdə olduğu miqdarda olur. Yenidoğulmuşların qanında makrositlərin üstünlüyü ilə olan anizositoz (müxtəlif formalı eritrositlər), retikulositlərin miqdarının artması, həmçinin az miqdarda eritrositlərin nüvəli sələflərinə də rast gəlmək olur.
Yenidoğulmuşlarda leykositlərin miqdan çox olur, bir litrdə 10-30xl09-ə çatır. Yalnız 14-15 yaşlarında yaşlı orqanizmdə olan miqdarda olur. Yenidoğulmuşlarda neytrofillərlə limfositlərin nisbəti böyüklərdə olduğu kimidir. Sonrakı sutkalarda limfositlərin miqdarı artır, neytrofillə r isə azalır, beləliklə, 4-cü sutkada bu leykositlərin miqdar ı bərabərləşir (birincili fızioloji kəsişmə). Sonra limfositlərin miqdarı artır, neytrofillər isə azalır. 1-2 yaşlı uşaqlarda limfositlər 65%, neytrofillər 25% olur. 4-5 yaşlı uşaqlarda limfositlərin miqdarı azalır, neytrofıllərin miqdarı is ə artmış olur (ikinci fizioloji kəsişmə). Cinsi yetişkənlik dövrünədək tə dricən limfositlərin miqdarı azalır, neytrofillərin miqdarı isə artır və yaşlı orqanizmdə olduğu nisbətə çatır.