Trombositlər. Trombositlər qırmızı sümük iliyinin giqant hüceyrələri olan meqakariositlərin sitoplazmatik fraqmentləridirlə r, diametri 2-3 mkm olan diskəbənzər cisimciklə rdir. 1 qanda miqdarı 180-320x109 olur. 8-11 sutka qan cərəyanında fəaliyyət göstərir. Trombositlər qanın laxtalanmasında iştirak edir, kapillyar divarı nın keçiriciliyini azaldır, öz membranları səthində antitelləri daşıya bilirlər. Boyanmış qan yaxmasında mərkəzi hissəsi tünd, periferik hisşəsi açıq olan solğun mavi cisimciklər şəklində görünürlər. Açıq hissə hialomer, tünd hissə qranulomer adlanır. Qranulomer hissədə olan dənələr bazofildirlər. Ultramikroskopik müayinədə hialomer hissə bircinsli çox zərif danəli görünür, burada dənəli endoplazmatik torun hissələri sayılan s ıx kanalcıqlar, periferik hissələrdə mikroborucuqlar, aktin fılamentləri aşkar edilir. Plazmolemma daxilə doğru invaginasiyalar əmələ gətirir ki, bu da acıq kanalcıqlar sistemini təşkil edir. Güman olunur ki, bu kanalcıqlarla kiçik hissəciklər, qranulomer hissənin dənələrinin möhtəviyyatı, Ca2+ ionları və s. daşınırlar. Bundan başqa, trombositlərdə mitoxondri, ribosomlar, qlikogen əlavələri aşkar edilir.
Qranulomer hissədə lizosom təbiətli I tip α-qranullar (0,2-0,3 mkm) müəyyə n edilir. Bu dənələrin tərkibində əsasən makromolekulyar maddələr – qanın bəzi laxtalanma faktorları (əsasən XIII faktor), böyümə faktorları və bir sıra fermentlər – turş fosfotaza, katepsin, trombokinaza, β-qlükorinidaza və s. aşkar edilir. II tip δ-qranullar – sıx cisimciklər adlanır. Tərkibində biogen aminlər serotonin və histamin, Ca2+ ionları, ATF, ADF, aşkar edilmişdir.
Trombositlər trombəmələ gəlmə prosesində iştirak edir. Damar divarında defekt əmə lə gəldikdə zədələnmiş toxumalardan bəzi maddələr ifraz olunur ki, bu maddələr xarici laxtalanma faktorları adlanırlar və trombositlərin adheziyasına – yapı şmasma səbəb olurlar. Adheziya prosesi nəticəsində trombositlər aktivləşir, sı x – II tip dənələrində olan maddələr xaric olur ki, bu da trombositlərin aqreqasiyasına (bir-birinə yapışmasına) səbəb olur, bu da tromb kütləsinin yaranması ilə nəticələnir. Adheziya nə ticəsində trombositlər aktivləşirlər. Aktivləşmiş trombositlərdən xaric olunan maddələr qanın daxili laxtalanma faktorları adlanırlar. Hər iki faktor, xarici və daxili laxtalanma faktorları qan plazmasının protrombin zülalını aktivləşdirir və protrombindən trombin əmə lə gəlir. Trombin, plazmanın digər zülalına fibrinogenə təsir göstərir və fıbrin əmələ gəlir. Bu proses laxtalanma (koaqulyasiya)
25
prosesi adlanır. Fibrin liflər trombositar kütlənin ətrafı nda toplanı r və burada hə mçinin eritrositlər də toplanmağa başlayır, beləliklə, qı rmızı tromb formala şir. Son olaraq α-qranullardan xaric olan laxtalanma faktoru yumşaq tromb kütləsinin bərkiməsinə (fibrin liflər arasında köndələn əlaqələr yaratmaqla) səbəb olur.
Trombositlərin çox olması trombyaranmaya, az olması isə laxtalanma prosesinin pozulmasına - qanaxmaya səbəb ola bilər. Qocalmış trombositlə r dalaqda makrofaqlar tərəfində n faqositoza uğrayırlar. İmmun reaksiyalar zamanı trombositlər aktivləşir, iltihabi proseslərdə iştirak edən bəzi boyümə faktorları, laxtalanma faktorları, vazoaktiv amillər və lipidlər, neytral və turş hidrolazalar sekresiya edirlər.
Sağlam adamlarda qanın formalı elementləri müəyyən miqdar nisbətində olur ki, buna da hemoqramma, yaxud qanın formulası deyilir.
Orqanizmin vəziyyətinin səciyyələnməsində leykositlərin diferensial hesablanması mühüm rol oynayır. Leykositlərin ayrı-ayrı növlərinin müəyyən faiz nisbətləri leykositar formula adlanır.
Dostları ilə paylaş: |