Monositlər leykositlərin ümumi sayının 3-11%-ni təşkil edirlə r, sərbəst hərə kət edə bilirlər. Qanda 10-12 saat sirkulyasiya etdikdə n sonra toxumalarda mə skunlaşırlar. Toxumalarda bu hüceyrələrin həyat dövrü 1 ayadək ola bilər. Qan yaxmasında monositlər dairəvi formada olub diametri 20 mkm-ə çatır. Nüvə oval və ya paxla şəkillidir, 1-2 nüvəciyi var. Limfositlərə nisbətən monositlərin nüvəsində xromatin az kompaktlaşmışdır. Sitoplazma zəif bazofildir. Sitoplazmada kiçik, az sayda qeyri-spesifik azurofil
24
dənələr (lizosomlar) aşkar edilir. Monositlər üçün barmaqşəkilli sitoplazmatik çıxıntılar və faqositar vakuolların olması xarakterikdir. Sitoplazmada çoxlu pinositoz qovuqlar, dənə li endoplazmatik şəbəkə kanalcıqları , kiçik mitoxondrilə r vardır. Toxumalarda onlar makrofaqlara çevrilirlər. Monositlər orqanizmin makrofagik sisteminə və ya mononuklear faqositar sistemə daxildirlər. Bu sistemə daxil olan hüceyrələ r qırmızı sümük iliyinin promonositlərindən törəyirlər. Onlar aktiv pinositoz və immun faqositoz qabiliyyətinə malikdirlə r. Onların membranında immunoqlobulin reseptorları, komplement zülallara məxsus reseptorlar olur. Mononuklear faqositlərin sitoplazması nda sitoplazmatik fermentlər: qeyri-spesifik esteraza, lizosim, peroksidaza, 5-nukleotidaza fermentlərinin olması xarakterdir.
Toxumalarda məskunlaşan monosit makrofaqa çevrilir. Bütün orqanların makrofaqları monositlərdə n törəyirlər. Mononuklear faqositar sistemə qanın monositləri, müxtə lif orqanların makrofaqları daxildir. Bu makrofaqlara ağciyər alveol makrofaqları, qırmızı sümük iliyi makrofaqları, limfa düyünlərinin, dalağın, seroz boşluqların, birləşdirici toxumanın makrofaqları, qara ciyərin ulduzşə killi makrofaqları, mikroqliya, osteoklastlar, epidermal makrofaqlar aiddir. Monositdən makrofaq yetişən zaman hüceyrələrin ölçüsü böyüyür, lizosom və mitoxondrilərin miqdarı artır, zülal sintezi, faqositar aktivlik yüksəlir, membranda immunoqlobulin reseptorlan formalaşır. Makrofaqlar bakteriyaları, antigen-antitel komplekslərini, ölmüş hüceyrələri, yad cisimcikləri faqositə edirl ər. Faqositoz ya bilavasitə, ya da antitellə vasitələnmiş ola bilər. Antitellə vasitələnən faqositoz zamanı antitellə əhatələnmi ş antigen makrofaqın uyğun reseptorunun köməyi ilə makrofaqın membranına fiksə olur, sonra isə udulur. Udulmuş antigen bəzi hallarda axıra qədər parçalanmır. Belə ki, antigen fraqmentləri uzun müddət makrofaqın membranında II sinif histouyğunluq molekulları ilə birləşərək makrofaqın səthində qala bilir. T-limfositlər mə hz belə təqdim olunan antigeni tanıyırlar, buna görə də makrofaqlara antigen təqdim edən hüceyrələr də deyilir. Makrofaqlardan başqa belə xüsusiyyətlərə dendrit hüceyrələr, timusun epitelioretikulosit hüceyrələri də malikdirlər. Faqositoz və antigen təqdim etmək funksiyalarından başqa makrofaqlar qanyaranmaya, leykositlərin aktivliyinə, iltihabi proseslərin gedişinə təsir göstərə bilən bir sıra maddələ r sintez edirlər. Məs.: koloniyastimuləedici faktor (KSF), interleykin-1, interferon, lizosim, kollagenaza, fibronektin və s.
Dostları ilə paylaş: |