Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə38/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   34   35   36   37   38   39   40   41   ...   128
2 5379791321034655986

Bazofil qranulositl ərin diametri 9 mkm-dir, insan qanında ümumi leykositlərin 0,5-1% -ni təşkil edir. Bazofillər kövşək lifli birləşdirici toxumanın tosqun hüceyrələrinə çox oxşayırlar. Lakin buna baxmayaraq, onlar arasında bir sıra morfoloji və funksional fərqlər mövcudur. Onlar həm qırmı zı sümük iliyində, həm qan dövranında ola bilirlə r. 1-2 sutka qanda sirkulyasiya edir, sonra zəif amöbvari hərə kətlə kapilyar divarından toxumaya – kövşək toxumaya miqrasiya edirlər. Bazofıllərin sitoplazmasında iri, oval və ya poliqonal formalı spesifik bazofıl dənə lər aşkar edilir. Qeyd etmək lazımdır ki, bu qranullar metaxramaziya qabliyyətinə malikdirlər, yəni toluidin abısı ilə rəngləmə zamanı boyağın r əngini dəyişirlər (qırmız ı və ya bənövşəyi rəngə). Bu qranullarda heparin, histamin, serotonin və s. aşkar edilir. Spesifik bazofil dənələrdən başqa bazofillə rin sitoplazması nda azurofil dənələr də aşkar edilir (lizosomlar). Bazofillərin nüvəsi adətə n az seqmentləşmiş, bəzən sferik olur, neytrofillərin və eozinofillərin nüvəsinə nisbətə az intensiv boyanır. Sitoplazmada bütün əsas orqanellər aşkar edilir.

Bazofillər heparin və histamin metabolizmində i ştirak edir. Bazofil qranulositlər heparin və histamin ifraz edərək qanın laxtalanma proseslərinin və qan damarı divarının keçiriciliyinin tə nzimində, yerli iltihabi reaksiyaların gedişində, həm də allergik xarakterli immunoloji reaksiyalarda iştirak edirlər. Müəyyən olunmuşdur ki, bazofillərin zarında IgE reseptorları, həmçinin qanı n bəzi komplement zülallarının reseptorları vardır. Allergen təsiri olduqda qranullardakı möhtəviyyat ın ekzositozu baş verir (deqranulyasiya). Deqranulyasiya IgE molekulları ilə vasitələnir. Belə ki, bazofil leykositlərin plazmolemmasında IgE reseptorları yerləşirlər. Bu zaman histamin və başqa vazoaktiv maddəllər xaric olur ki, bunlar da allergik reaksiyanın inkişafina səbəb olur. M əs.: allergik rinit, bronxial astma, anaflaktik şok və s. Yad zülallar bazofilləri deqranulyasiyaya uğradaraq histamin ifrazına, o isə öz növbə sində qan damarlar ının kəskin genişlənməsinə, ödemlərin əmələ gəlməsinə səbəb olur. Bazofillərin faqositar aktivliyi zəifdir.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin