Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə35/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   31   32   33   34   35   36   37   38   ...   128
2 5379791321034655986

Leykositlər (onlara ağ qan cisimciklə ri də deyilir) çox hərəkətliliyi, morfoloji xüsusiyyətlərinin və funksional əhəmiyyətinin müxt əlifliyi ilə xarakterizə olunurlar. Müəyyən qrup leykositlər müdafıə fiınksiyalarında iştirak edərək mikrobların, yad cisimlərin və onların parçalanma məhsullarının faqositozunu təmin edir, həmçinin humoral və hüceyrə immunitetinin təşkilində də iştirak edirlər.
Leykositlər şarabənzər formada olurlar. Yetkin insanda qanın 1 litrində miqdarı 4,8x109-9,0x109 olur. Onların miqdarı qida qəbulu, fıziki və əqli gərginlik, həmçinin xəstəliklər zamanı dəyişə bilir. Leykositlərin miqdarının artması leykositoz, azalması is ə leykopeniya adlanır. Leykositlər psevdopodilər əmələ gətirməklə aktiv hərəkət edə bilirlər, bu zaman onların formaları da kəskin də yişir. Leykositlər kapillyarların endotel hüceyrələri arasından birləşdirici toxumanın ara maddəsinə, həmçinin bazal membranlardan hüceyrə lər arasına keçə bilirlər. Onların hərəkət sürəti müxtəlif şərtlərdən asılıdır: mühitin konsistensiyası, pH, temperatur və s. Leykositl ərin hərə kət istiqaməti də müəyyən faktorlarla müəyyən olunur ki, bunların iç ərisində də xemotaksis mühüm rol oynayır (yəni müəyyən kimyəvi qıcıqlandıncıların təsiri, məsələn, toxumanın parçalanma məhsulları).
Hüceyr ələrin qarşılıqlı ə laqəsi prosesində leykositlərin plazmolemmasında olan spesifık reseptorlar ın mühüm əhəmiyyəti vardır. Qan cərəyanı ilə leykositlər bütün orqanizmə yayılır, toxuma və orqanlarda məskunlaşaraq aktivlik göstərir.

Leykositlər şərti olaraq 2 böyük qrupa bölünürlər: dənəli leykositlər, yaxud qranulositlər və dənəsiz leykositlər, yaxud aqranulositlər. Qranulositlər adətən seqmentləşmiş nüvənin və sitoplazmada spesifık dənələrin olması ilə xarakterizə olunurlar.

Romanovski-Gimza metodu ilə boyama zamanı bəzi leykositlərdə dənələr turş boyaqlara (eozin) həssaslıq göst ərirlər ki, belə leykositlər eozinofil leykositlər adlanır. Bəzi leykositlərdə isə sitoplazmadakı dənələr əsasi boyaqlara həssaslıq göstərirlə r, bunlar bazofil leykositlər adlanırlar. Digər qrup leykositlərdə olan dənələr həm turş, həm də əsasi boyaqlara həssaslıq göstərdikləri üçün belə leykositlər neytrofil leykositlər adlanırlar.

Aqranulositlərin nüvəsi sferik, oval ya paxlaşəkilli olurlar, paycıqlara bölünmür, sitoplazmada spesifık dənələr olmur. Onlar 2 qrupa bölünürlər: limfositlər və monositlər.



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin