Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə32/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   28   29   30   31   32   33   34   35   ...   128
2 5379791321034655986

MEZENXİMİN QURULUŞU
Mezenxim quruluşca mezenxim hüceyrələrindən və onların aras ındakı sahəni tutan hüceyrəarası maddədən (maye və ya yarımmaye həlim şəklində) ibar ətdir. Mezenxim hüceyrələ ri çı xı ntıları vasitəsi ilə bir-biri ilə birləşərək torabənzər şəkil alır. Əvvələr bu sinsiti adlanırdı (yunanca syn - birgə və cytus
18

“hüceyrə”). Sinsiti adı altında hüceyrələrin xüsusi sitoplazmatik çıxı ntılar vasitə si ilə bir-biri ilə sıx qarşılıqlı rabitəyə girərə rək tor quruluş kəsb etməsi düşünülürdü; çünki işıq mikroskopunda bir hüceyrənin sitoplazmatik çıxıntısının hüdudsuz olaraq digər hüceyrənin müvafiq çıxıntısına keçdiyini görünürdü. Lakin elektron mikroskopu ilə aşkar olunmuşdur ki, sitoplazmatik çıxıntılar arasında hüdud vardır, belə ki, bu çıxıntıları n müstəqil plazmatik zarı (sitolemması) vardır və onlar bir-birinə yalnız sıx təmas edir və beləliklə, əsil sinsiti əmələ gəlmir. Mezenxim hüceyrələri, mezenximositlər (mezenchymocyti) iy ya ulduz şəklində olur. Onların çoxu tor quruluş un meydana çıxmasında iştirak edir. Lakin bunlardan əlavə, mezenximdə həmişə sərbəst, mütəhərrik mezenxim hüceyrələri də vardır. Mezenxim hüceyrələrində endoplazmatik tor yaxşı nəzərə çarpır və onlarda çoxlu mitoxondrilər olur.

Mezenxim yarandı ğı vaxtdan başlayaraq toxuma kimi fəaliyyət göstərir. Bununla o, rüş eymin digər mayalarından fərqlənir. Mezenxim başlıca olaraq trofik funksiya daşıyı r; onun içərisi ilə orqanizmin sür ətlə inkişafını təmin edən qida maddələri hər yerə daşınır. Bu vəzifə ilə əlaqədar olaraq mezenxim çox tez diferensasiyaya uğrayaraq hər şeydən əvvəl qanı və qan damarlarını əmələ gətirir. Daha sonra o, müxtəlif istiqamətdə diferensiasiya edir və birləşdirici toxumanın ayrı-ayrı növlərini, habelə saya əz ələ toxumasını yaradır. Ümumiyyətlə, mezenximdən aşağıdakı toxuma növl əri diferensiasiya edir: qan və limfa, əsil birləşdirici toxuma, qı ğırdaq və sümük toxumaları və saya əzələ toxuması. Buna görə də həmin toxumalar mənşəcə mezenxim toxumaları adlanır. Qeyd olunan toxumalar içərisində saya əzələ toxuması xüsusi yer tutur və adətən mezenxim toxumaları ilə deyil, əzələ toxumaları ilə birlikdə təsvir edilir. Mənşə cəhətdən mezenximl ə bilavasitə rabitədə olmasına baxmayaraq, saya əzələ toxuması morfo-funksional cəhətdən eninəzolaqlı əzələ toxumasına çox yaxındır və bunlar birlikdə əzələ toxumaları bəhsində qeyd olunur. Belə liklə, tədris kitablarında mezenxim toxumaları adı altında geniş mənada birləşdirici toxumanın bütün növləri təsvir edilir. Bu baxımdan birləşdirici toxumalar aşağıdakı qruplara bölünür:


  1. Qan və limfa

  2. Əsil birləşdirici toxuma

  3. Qığırdaq toxuması




  1. Sümük toxuması

  2. Spesifik xassəli birləşdirici toxumalar

Birləşdirici toxumanın bütün növləri qeyd olunan ardıcıllıqla aşağıda təsvir edilir.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin