QANIN ÜMUMİ SƏCİYYƏSİ. FUNKSİYALARI
Qan hüceyrə elementlərindən və hüceyrəarası maddədən - plazmadan təşkil olunmuşdur. Hüceyrəarası maddənin maye şəklində olması hüceyrələrin qan damarları ilə hərəkətini təmin edir.
Hüceyrəarası kontaktlar olmadığı üçün qan hüceyrələri izolizə olunmuş şəkildə sərbəst yerləşirlər. Qanın sütun – kambial, inkişaf etməkdə olan hüceyrələri ilə yetkin hüceyrələri bir-birindən t əcrid olunmuş şəkildə yerləşirlər, belə ki, hemopoez, yəni yeni qan hüceyrəl ərinin yaranması, qanyaradıcı orqanlarda baş verir, yetkin hüceyrələr isə qan dövranında sirkulyasiya edir, həm də birləşdirici toxumaya miqrasiya edə bilirlər.
Qanyaradıcı orqanlarda qan hüceyrə populyasiyası daim tamamlanır, beləliklə, qan dövranında olan hüceyrə populyasiyası tərkibi daim sabit saxlanılır.
Qan həyat üçün vacib olan nəqliyyat, trofı k, tənəffüs, homeostatik və müdafiə funksiyaları yerinə yetirir. Orqanizmə qida ilə daxil olan mübadilə məhsulları və ba şqa kimyəvi maddələr qan vasitəsi ilə daşınır (nəqliyyat və trofik funksiya). Ağciyərlə rdən toxumalara O2 və əksinə, toxumalardan CO2 qan vasitəsilə daşınır (tənəffüs funksiyası). Su- duz mübadiləsi və elektrolit mübadiləsinin sabitliyi qan vasitəsi ilə saxlanıl ır (homeostatik funksiya). Qanın müdafiə funksiyası hüceyrə və humoral immunitetin həyata keçirilməsi ilə əlaqədardır. Qan endokrin və sinir sistemləri ilə birlikdə orqanizmin daxili mühitinin sabitliyinin, hə mçinin immun homeostazın təmin olunmasında iştirak edir. Qan vasitəsilə hormonlar və bioloji aktiv maddələr daşınır.
Qan hüceyrəarası maddədən – plazmadan və formalı elementlərdən - eritrosit, leykosit və trombositlərdən təşkil olunmuşdur. Qanın ümumi həcminin 55-60%-ni plazma, 40-45% -ni formalı elementlər təşkil edir. Orqanizmin ümumi çəkisinin 5-9%-ni qan təşkil edir. 70 kq çəkidə olan insan orqanizmində 5,0-5,5 l qan olur.
19
Qanın plazması nın 90-93%-i su, 7-10%-i quru maddədə n ibarətdir. Quru maddənin 6,6-8,5%-ni zülallar, 1,5-3,5%-ni başqa üzvi və mineral birləşmələr təşkil edir. Plazmanın əsas zülalları albumin, qlobulin və fibrinogendir. Qanda cərə yan edən antitellər qanın qlobulin fraksiyası zülallarına daxildir, buna görə də onları immunoqlobulinlər də adlandırırlar. Qanın plazmasının pH-ı 7,36-dır.
Qanın ümumi həcminin müəyyən hissəsini formalı elementlər təşkil edir. Onların həcminin faizlə miqdarının ifadəsi hematokrit adlanı r. Orta yaşlı kişilərdə bu ədəd 44-46%, qadınlarda isə 41-43% ola bilər. Ümumiyyətlə, sağlam şəxslərdə bu göstərici 36%-dən 48%-ə qədər ola bilər.
Qanın formalı elementləri qan yaxması nda öyrənilir. Qan yaxmasını metanolda fiks ə etdikdə n sonra Romanovski üsulu ilə boyayırlar. Bu üsulla boyamada 2 boyaqdan istifadə olunur: azur II (əsasi boyaq) və eozin (turş boyaq)
Dostları ilə paylaş: |