BİRLƏŞDİRİCİ TOXUMA (TEXTUS CONJUNCTIVUS) ÜMUMİ ANLAYIŞ Orqanizmdə ən geniş yayılmış toxuma olub, onun daxili mühitinin əsası nı təşkil edir. Buna görə də bəzi müəlliflər birləşdirici toxumalar ı daxili mühit toxumaları adlandırırlar. Bu toxuma xarici mühitlə bilavasitə rabitədə deyil və bununla da o epitel toxuması ndan fərqlənir. Birləşdirici toxumanın belə xüsusiyyəti onun quruluşunda bilavasitə əks olunmuşdur. Bu toxuma və onun hüceyrə elementl əri polyarlıq xüsusiyyətinə malik deyildir. Hüceyrə lərin bütün səthi daxili mühit içərisindədir, ona görə də bu hüceyrələrin hər yerində mübadilə prosesi eyni xarakter daşıyır. Daxili mühit toxuması adı bir də onunla bağlıdır ki, bu toxuma orqanların həm daxilində, həm də aralarında yerləşərək onları yeganə sistemdə
17
birləşdirir və mübadil ə prosesinin getməsi üçün ümumi şərait yaradı r. Həmin toxumanın orqanizmdə belə vəziyyəti onun bütün quruluş strukturlarının bir-birilə arasıkəsilməz sıx qarşılıqlı rabitədə olması nı təmin etmişdir. Bu da daxili mühit toxumalarının əsas quruluş xüsusiyyətlərindən biridir. Birləşdirici toxuma hüceyrə elementlə rindən və hüceyrəarası maddədən təşkil olunmuşdur. Bu toxuma hüceyrəarası maddədənin güclü inkişafı ilə digər toxuma növl ərindən fərqlənir. Ara maddə miqdarca hüceyrəli elementlərdən çoxdur. Hüceyrəarası maddə müxtəlif növlü birləşdirici toxumalarda eyni konsistensiyada olmur. O, maye halından başlayaraq, sümük kimi sərt hala qə dər çatır. Birləşdirici toxumanın ayrı-ayrı növlərində ara maddənin fiziki və kimyəvi xassələri həmin toxumaların funksional xüsusiyyətlərini müəyyənləşdirir. Ara maddəsi maye halında olan qan və limfa başlıca olaraq trofik və mühafizə (bioloji mühafizə) funksiyası da şıyır. Belə ki, mühit mübadilə proseslərinin getməsi və qida maddələrinin daşınması üçün əlverişli şərait yaradır. Ara maddəsi yarımmaye halında olan digər növ birləşdirici toxumada (kövşək birləşdirici toxuma) bu funksiyalar əsas yer tutur. Ara maddə sıxlaşdıqca (sıx birləşdirici toxumada) trofik və bioloji mühafizə funksiyaları zəifl əyir və əksinə, yeni funksiya – mexaniki istinad funksiyası meydana çıxır. Birləşdirici toxumanın bəzi növlərində (məs.: qığırdaq toxumasında) ara maddə daha da sıxlaşır, sümük toxumasında isə o kirəcl əşərək tamamilə sərtləşir. Belə toxumalarda, mexaniki funksiyalar (istinad funksiyası) xeyli güclənir və eyni zamanda mexaniki mühafizə funksiyası meydana çı xır. Trofik funksiya əksinə, xeyli zəifləyir. Toxumada ara maddənin fiziki və kimyə vi xassəl əri dəyişdikcə onun hüceyrə elementlərinin həyat şəraiti də dəyişir. Belə ki, ara maddə sıxlaşma artdıqca hüceyrələrin mütəhərrikliyi azalır və nəhayət (qığırdaq və sümük toxumalarında) tamamilə itir. Birləşdirici toxumanın müxtəlif növlərində qeyd olunan funksional xüsusiyyətləri nəzərə alaraq, bəzən bunlara istinad - trofik toxumalar da deyilir. Lakin bu toxumaların ə n çox işlədilən adı "birləşdirici toxumadır". Bu toxuma doğrudan da orqanizmdə bütün digər toxumaları, tam orqanlarda və sistemlərdə bir-biri ilə birləşdirir. Beləliklə , bütün orqanlarda müxtəlif toxumalar bir-biri ilə yalnız birləşdirici toxuma vasitəsi ilə rabitəyə girir, deməli müəyyən mənada bir toxuma digərindən birləşdirici toxuma qatı vasitə si ilə ayrılır.Birləş dirici toxuma növlərinin funksional əhəmiyyətindən danışarkən, onların orqanizmdə qanyaradıcı vəzifə də (retikulyar toxuma) daşıdığı nı qeyd etmək lazımdı r. Birləş dirici toxumanın hüceyrə elementləri də olduqca müxtəlifdir, ara maddəsi maye və yarımmaye halında olan toxuma növləri üçün bu xüsusiyyət daha xarakterikdir. Bütün bunlarla yanaşı birləşdirici toxumanın hər növündə əsasən iki tip hüceyrə vardır: inkişafda olan cavan hüceyrələr və son inkişaf dərəc əsinə çatmış hüceyrə formaları . Bunlardan birincilər yüksək metabolizm xüsusiyyətinə malik olub, blast hüceyrələri (yunanca blastos – “maya”) adlanır (məs.: eritroblast, fibroblast, osteoblast v ə s.). İkinci qrup hüceyrələrin isə metabolizm fəallığı zəifləmiş olur (məs.: eritrosit, fibrosit, osteosit və s.). Bu iki qrup hüceyrələrin bir-birinə olan miqdari nisbəti həmin toxumanı n funksional halını əks etdirir. Birləşdirici toxumanın hüceyrə formaları içərisində sütun hüceyrələri xüsusi yer tutur. Onlar cavan olub, az diferensiasiya etmələ rinə baxmayaraq z əif metabolik və mitoz fəallığına malik olur. Quruluş cəhətdən bu hüceyrələr kiçik və orta limfositlərə bənzəyir; funksional cəhətdən isə bunlar gələcəkdə yüksək diferensasiya etmiş müxtəlif formalı hüceyrələr üçün ehtiyat kambial hüceyrə rolunu oynayır. Birləşdirici toxumanın bütün növlərini xarakterizə edən xüsusiyyətl ərindən biri də onların yüksək plastikliyi və regenerasiya fə allığıdır. Buna görə də birləşdirici toxuma dəyişilmiş ətraf mühitə tezliklə uyğunlaşır və deməli, yüksək adaptasiya qabiliyyətinə malikdir. Birləşdirici toxumanın bütün növləri rüşeymi inkişafın lap erkən dövründə meydana çıxan mezenximdən, daha doğrusu rüşeymi birləşdirici toxumadan inkişaf edir. Beləliklə, rüşeymdə mezenxim bütün toxumalardan əvvəl əmələ gəlir. Onurğalı heyvanlarda mezenximin ilk mayasını, başl ıca olaraq mezoderma təşkil edir. Mezenxim mezodermanın həm dorzal seqmentlərindən (sklerotomdan və dermatomdan), həm də onun ventral şöbəsindən, yəni splanxnotomdan inkişaf edir. Splanxnotomdan da dorzal mezodermada olduğu kimi mezenximin iki mayası meydana çıxır. Bunların biri splanxnotomun parietal lövhəsindən, ikincisi isə visseral lövhəsindən əmələ gəlir. Sonra bütün bu dörd mayanın mezenximi birləşərək ümumi kütlə şəklində rüşeymin digər mayaları arasında yerləşir.