Mövzu 23. Atom nüvəsi və elementar zərrəciklər fizikası. Atom nüvəsi.
Süni radioaktivlik.
Radioaktiv parçalanma qanunlari.
Radiasiya mənbələri.
Radioaktiv şüalanmanin bioloji təsiri.
Atom nüvəsinin tərkibi və xarakteristikası. Ən sadə H atomun nüvəsi proton adlanan bir elementar zərrəcikdən təşkil edilmişdir. Yerdə qalan bütün atomların nüvələri iki növ elementar zərrəcikdən proton və neytrondan təşkil olunub. Bu elementar zərrəciklər nuklonlar adlanır.
Proton: P ilə işarə olunub +e yükünə və mp=938.28 MeV kütləyə malikdir. Müqayisə üçün elektronun kütləsi enerji vahidində me=0.511 MeV olduğunu qeyd edək.
Buradan mp=1836 Me P-spinə və məxsusi maqnit momentinə malikdir:
nüvə maqnetonu adlanır.
Neytron: n-ilə işarə olunur və 1932-ci ildə ingilis fiziki D.Çedvik tərəfindən kəşf olunub. Elektrik yükünə malik deyil.
mn=939.57 MeV
mn-mp=1.3 MeV=2.5 me Neytron spinə malikdir ( ) və yüksüz olmasına baxmayaraq məxsusi maqnit momentinə malikdir.
(-) işarəsi məxsusi mexaniki və maqnit momentinin əks, istiqamətdə yönəlməsinə aiddir.
Neytron adi halda q/ stabildir (radioaktivdir).O, elektron və antineytrino adlanan hissəcik buraxaraq protona çevrilir.
Neytronun yarımparçalanma dövrü 12 dəqiqədir. .Deməli (1)-in solu sağından enerji nöqteyi nəzərindən 1.5 me , yəni 0.77 MeV çoxdur. Bu enerji parçalanma məhsullarının kinetik enerjisi şəklində ayrılır.
Atom nüvəsinin xarakteristikası. Atom nüvəsini xarakterizə edən kəmiyyətlərdən biri yük ədədi Z, digəri isə kütlə ədədi A-dır. Z-nüvədəki protonların sayını və deməli +Ze yükünü müəyyən edir. Bu həmçinin elementlərin dövri sistemində sıra nömrəsi olduğundan atom nömrəsi adlanır. A kütlə ədədi nüvədəki nüklonların sayını göstərir. Neytronların N sayı N=A-Z şəklində təyin edilir. Atom nüvəsi simvolik olaraq və ya kimi işarə edilir.
Z-i eyni , A-si müxtəlif nüvələr izotoplar adlanır. -adi və ya protiy, stabil; ağır deyteriy,stabil; tritiy, radioaktiv.
A-sı eyni nüvələr izobarlar adlanır
N=A-Z-i eyni olan nüvələr izotonlar adlanır
Eyni Z və A-ya malik olub, yarımparçalanma dövrləri ilə fərqlənən nüvələr isə izomerlər adlanır. Məsələn; -nın iki izomeri var. Bunların birinin yarımparçalanma dövrü 18 dəq, o birsininki, isə ~4.4 saatdır.
1500-ə kimi atom nüvəsi məlumdur.Onlardan yalnız -i stabil, qalanı isə radioaktivdir.