Ümumi histologiya



Yüklə 1,33 Mb.
səhifə37/128
tarix02.01.2022
ölçüsü1,33 Mb.
#44915
1   ...   33   34   35   36   37   38   39   40   ...   128
2 5379791321034655986

Eozinofillər – neytrofillərdən ölçücə nisbətən iridir, diametri 9-10 mkm-dur, nüvəsi adətən ikiseqmentli olur. Periferik qanda ümumi leykositlərin miqdarı 0,5-5%-ni təşkil edir. Qırmız ı sümük iliyində yaranırlar, bir neç ə gün burada qalı b sonra qanla 3-8 saat sirkulyasiya edir, xarici mühitlə kontaktda olan toxumalara miqrasiya edirlər (t ənəffüs, sidik-cinsiyyət yollarının, bağırsaqların selikli qişalarına). Qanda sirkulyasiya edə n eozinofılin ölçüsü 12 mkm çatı r, birləşdirici toxumaya keçdikdən sonra ölçüsü 20 mkm-ə qədər ola bilər. Eozinofillərin həyat dövrü 8-14 gündür. Sitoplazmada yaxşı inkişaf etmiş dənəli endoplazmatik şəbəkə, ribosom, mitoxondri və çoxlu qlikogen də aşkar edilir. Sitoplazmada oval və ya poliqonal formada spesifık oksifil qranulların olması ilə xarakteriz ə edilirlər. Qranulların oksifılliyi tərkibində argininlə zəngin əsas zülalların olması ilə ə laqədardır. Bu zülal antiparazitar (antihelmint) və antibakterial təsirə malikdir. Eozinofil qranulların tərkibində həmçinin histaminaza, bir sıra hidrolitik lizosomal fermentlər də aşkar edilmişdir. Eozinofıllərin sitoplazmasında orqanellər zəif inkişaf etmişdir. Nüvəsinin formasına görə seqmentnüvəli, çöpnüvəli, cavannüvəli formalar aşkar edilmişdir. Eozinofıllər deqranulyasiyadan sonra apoptoza uğrayırlar.

Eozinofillər neytrofillərə nisbətən zəif hərəkətlidir, onlar qan dövranından toxumaya keçərək qıcıqlanma mənbəyinə doğru hərəkət edə bilirlər. Histamin, limfokinlər, immun komplekslər (antigen-


22

antitel kompleksi) və s. maddələr eozinofillə rə müsbət xemotaksis təsir göstərirlər. Müəyyən edilmişdir ki, antigen-antitel reaksiyası gedən iltihab ocaqlarında eozinofıllərin qırmız ı sümük iliyindən qan dövranına, oradan isə toxumalara keçməsini stimulə edən maddələr sintez olunur.

Eozinofıllərin faqositar aktivlik qabiliyyəti neytrofıllərə nisbə tən zəifdir. Eozinofillər orqanizmin yad zülallara qarşı müdafiə reaksiyalarında və allergik reaksiyalarda iştirak edirlər. Orqanizmə yad zülal daxil edilə rsə, eozinofillərin miqdarı artır – eozinofiliya mü şahidə olunur. Eozinofıllər bazofıl və tosqun hüceyrələr tərəfındən ifraz edilən histamini faqositə edərək onun metabolizmində iştirak edir. Həmçinin eozinofıll ər bazofillərdən və tosqun hüceyrələrdən histaminin xaric olunmasını tormozlayan spesifık faktor da sintez edirlər. Eozinofıllər antiparazitar funksiya yerinə yetirirlər. Parazitar xəstəliklər zamanı (helmintozlar, şistosomoz və s.) eozinofıllərin sayı artır. Eozinofillər parazitlərin sürfələrini məhv edirlər. Qanda adrenalinin, hipofizin adrenokortikotrop hormonunun və qlikokortikoidlərin miqdarı nın artması eozinofill ərin sayının azalmasına - eozinopeniyaya səbəb olur. Eozinofillərin qanda dövretmə müddəti 3-8 saatdır, sonra onlar birləşdirici toxumaya keçərək orada fəaliyyət göstərirlər.


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin