Trombositopoez. Qan lövhəcikləri də qırmızı sümük iliyində inkişaf edir. Bunların da başlanğıc formasını hemositoblast təşkil edir və inkişaf aşağıdakı mərhələlərlə gedir:
hemositoblast→meqakarioblast→meqakariosit→hemolamella (trombosit) Meqakarioblastlar da hemositoblastlardan bölünmə yolu ilə əməl ə gəlir, lakin bunlar onları yaradan hemositoblastlara nisbətən böyük olur. Nüvəl əri xarakter tor quruluşa malikdir, xarici səthində girinti və çıxıntılara təsadüf olunur. Sitoplazması bazofildir. Meqakarioblastlar diferensiasiya edərək meqakariositlərə çevrilir, bu zaman onların nüvəsi böyüyür və seqmentləşir. Sitoplazma bölünmədiyindən miqdarı get-gedə artır. Nəticədə meqakariositlər nəhəng ölçüyə (40 mikrona qədər) çatır. Sitoplazmada çoxlu sentriollar və digər orqanellər olur. Burada həmçinin bazofil xassəli, habelə polixromatofil kiçik dənələr vardır. Sitoplazma əvvəl psevdopodilər buraxır, sonra yalançı ayaqlar qopub müstəqilləşərək qan lövhəciklərini əmələ gətirir.