Lövhəli lifli birləşdirici toxuma Lövhəli birləş dirici toxumada hüceyrəarası maddə lövhələr şəklində olur, onlar çox sı x konsentrik qatlar əmələ gətirir və aralarında yastılaşmış fibrositlər, bir qədər fibroblastlar, makrofaqlar (histiositlər) yerləşir. Lövhələrin əsas maddəsində nazik kollagen liflər, başlıca olaraq boylama, bəzən isə köndələ n və ya pərakəndə istiqamətdə gedir. Bir sıra lövhələrdə nazik elastik liflər toruna və ya retikulyar liflərə rast gəlmək olur.
Lövhəli birləşdirici toxumaya sinir dəstələrinin ətrafında (perinevrium) qıvrım toxuma borucuqlarının divarında, habelə lövhəli hissi sinir cisimciklərinin (Fater-Paçini cisimciklərinin) qişasında təsadüf olunur.